Amsterdamda alimlər Fəthullah Güləndən bəhs etdi

Amsterdamda keçirilən "Gülən Fəaliyyətinin Xəritələnməsi" adlı konfransa qatılan elm adamları və ziyalılar Fəthullah Gülən və "Könüllülər Fəaliyyətini" bir çox aspektdən müzakirə etdilər.

Prof. Doğu Ergil Fəaliyyətin heç vaxt dövlətə müxalif olmadığına, keçmişi danmadığına, keçmişdən imtina etmədiyinə diqqət çəkdi. "Corctaun (Georgetown) Universitetindən prof. Tomas Mişel (Michel) isə "Könüllülər Fəaliyyətinin" uğurundakı sirrin ixlasda olduğunu bildirdi.

Hollandiyada fəaliyyət göstərən Dialoq Akademiyasının təşkil etdiyi "Gülən Fəaliyyətinin Xəritələnməsi" adlı beynəlxalq konfrans paytaxt Amsterdamın məşhur Felix Meritix Konqres Mərkəzində keçirildi. Konfransa dünyanın bir çox universitetindən elm adamı və ziyalılar qatıldı. Natiqlərdən Prof. Doğu Ergil Gülən Fəaliyyətinin müştərək fəaliyyəti və əməkdaşlığı dəstəkləyən bir sivil fəaliyyət olduğunu vurğuladı. Ergil: "Fəthullah Gülən keçmişi danmadığı kimi, müasirliyi də təcrid edən insan deyil. İslamın siyasiləşməsi və ya siyasi İslamın əksinə olaraq Qərbi rədd etməyən və müasirliyə zidd olmayan bir İslam anlayışını ortaya qoyur" – dedi. Çıxışında Türkiyənin xüsusi vəziyyətinə də təmas edən Ergil "Fəaliyyət"in dövlətə müxalif olmadığını, ictimai həmrəylik şəbəkələri quraraq məsələləri uzlaşma yolu ilə həllinə kömək etdiyini bildirdi. Ergil: "Dəyişməyə özündən başlayıb bunu cəmiyyətə yaymağı hədəf seçən bu metod göydəndüşmə Kamalist inqilabının əksinə olaraq, aşağıdan, cəmiyyətin daxilindən inkişaf edən bir Fəaliyyəti təşkil edir. Bu hərəkət ictimai etika, hüquq, ictimai uzlaşma və ümumbəşəri hüquqa uyğun olması baxımından əhəmiyyətli işlərə imza atan bir Fəaliyyətdir" – dedi.

Amsterdamda alimlər Fəthullah Güləndən bəhs etdi

Corctaun (Georgetown) Universitetindən prof. Tomas Mişel (Michel) isə Gülən Fəaliyyətinin dini yönündən danışdı. Gülənin, xüsusilə, Mövlana və təsəvvüfdən təsirləndiyini, sufilər kimi ixlas və ibadəti tez-tez vurğuladığını ifadə etdi. Görülən işin böyük-kiçikliyinə baxılmamasını və yalnız ixlasın əsas olduğunu ifadə edən Mişel "Əgər saleh əməllər bir vücud olsa idi, onun ruhu ixlas olardı," – dedi. Mişel Gülən Fəaliyyətinin uğurunun ixlasda olduğunu bildirdi. Hansı iş olur-olsun səmimi, ixlaslıdırsa, o zaman dəyərlidir. Könüllülər Fəaliyyətində ibadətin əhəmiyyətinə də diqqət çəkən alim, "Qırğızıstanda fizika müəllimi də, İzmirdə xeyirxah bir iş adamı da ibadət edir. Fəthullah Gülənin əhatəli ibadət anlayışı var. "İnsanlara xidmət etmək, Haqqa xidmət etməkdir" deyib, öz qurtuluşunu başqaların qurtuluşunda görür," – dedi.

Maraqlandım, araşdırdım: bunlar etibarlı insanlardır

Hyuston (Houston) Universitetindən prof. Yelena Rouz Ebauf (Helen Rose Ebaugh) Gülən Fəaliyyəti ilə ilk dəfə tanış olanda "dəyirman suyunun haradan gəldiyini" araşdırdığını söylədi: "İstanbul, Bursa və Mudanyada oldum, Fəaliyyətin pul dövriyyəsini araşdırdım. İstanbulda bəzi iş adamlarının evində qonaq oldum. İslamda "sağ əlin verdiyini sol əl bilməməlidir" prinsipi var, lakin mən kimin dəqiq nə qədər verdiyini öyrənmək istəyirdim. Çay söhbətindən sonra bunu soruşdum və verilən miqdarı mənə bildirdilər. Hər kəs gəlirinin təqribən 10 faizini verdiyini söylədi. Bu şəbəkəni və bu gücü bir düşünün. Bunlar güvənli insanlardır. Ancaq mən Türkiyə dövlətinin Fəaliyyətə maddi dəstək verdiyini heç görmədim. Azərbaycanda isə dövlət məktəblər üçün bəzən torpaq və hətta bina da verib". (Basri Doğan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.