Anar: "Dialoq Avrasiya İki Qitəni Birləşdirən Üçüncü Körpüdür"
"İstanbulda Avropa ilə Asiyanı birləşdirən iki körpü var. DA bu iki qitəni birləşdirən üçüncü körpüdür, çünki onun məqsədi ədəbiyyat, mədəniyyət, elm birliyi yaratmaqdır. Dövlətlərin qurduğu sərhədləri mədəniyyət, ədəbiyyat, elm aşa bilir".
Antalyada Dialoq Avrasiya (DA) Platformasının IX ümumi yığıncağı keçirilir. Tədbir DA-nın fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. DA-nın baş katibi İsmayıl Tas DA-nın ötən toplantısı barədə danışıb. DA-nın Türkiyə komitə başqanı Naci Bostançı Platformanın ölkəsindəki fəaliyyəti barədə məlumat verib. DA-nın həmsədri Harun Tokak isə deyib ki, hazırda bu Platformada 50 ölkəni əhatə edən 500-600 nəfərlik, ziyalılar, media adamları, ictimai şəxslər toplanıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar DA-nın yaranmasının ideya müəlliflərindən biri kimi çıxış edib. O, dünya şöhrətli yazıçı Çingiz Aytmatov və digər Avrasiya ziyalıları ilə birlikdə DA-nın qurulmasında iştirakından, bu platformanın birinci dönəm başqanı olmasından məmnunluq duyduğunu söyləyib: "İstanbulda Avropa ilə Asiyanı birləşdirən iki körpü var. DA bu iki qitəni birləşdirən üçüncü körpüdür, çünki onun məqsədi ədəbiyyat, mədəniyyət, el birliyi yaratmaqdır. Dövlətlərin qurduğu sərhədləri mədəniyyət, ədəbiyyat, elm aşa bilir".
Anar toplantı iştirakçılarına Dağlıq Qarabağ problemi barədə də məlumat verib: "Biz heç kimin torpağını işğal etmədik. Azərbaycanın 21 faiz torpağı işğal olunub, hər 9 vətəndaşımızdan biri qaçqın düşüb. Biz beynəlxalq təşkilatlardan, beynəlxalq ictimaiyyətdən torpaqlarımızın geri qaytarılmasına, qaçqınlarımızın yurdlarına dönməsinə yardım etməsini gözləyirik. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyəti verməyə də hazır olduğunu dəfələrlə bəyan edib. Böyük dünya ailəsindən bu problemin sülh şəraitində həll olunmasına yardım gözləyirik".
- tarixində yaradılmışdır.