Belçika Leuven Universitetində Gülən Kürsüsü

Avropanın ən qədim və Belçikanın ən nüfuzlu universitetlərindən biri olan Katolik (Leuven) Lyuven Universitetində Fəthullah Gülən Kürsüsü açıldı. Ötən gün Lyuven Universiteti Rektorluğunda imzalanan əməkdaşlıq müqaviləsinə görə Fəthullah Gülən Kürsüsü beş il boyunca akademik araşdırmalar aparacaq.

Artıq 4-cü Gülən Kürsüsü İslamofobiyanın gündən-günə gücləndiyi bir dövrdə öz fəaliyyətinə başladı. 1425-ci ildə açılan və Erasmus kimi dünya şöhrətli filosofların işlədiyi Lyuven Universiteti Avropanın ən məşhur ali təhsil ocaqlarından biri kimi tanınır. Digər Gülən kürsüləri isə ABŞ, Avstraliya və İndoneziyada öz fəaliyyətini davam etdirir. Əməkdaşlıq müqaviləsini "IDP"-nin Rəhbəri Şərafəddin Pekdaş, Gülən Kürsüsünün müdiri İohan Lemanla birlikdə imzalayan Katolik Lyuven Universitetinin rektoru Mark Vayer (Marc Waer) Kürsünün böyük əhəmiyyət daşıdığını vurğulayaraq Türk toplumunda "sosial optimizm", Avropa toplumunda isə "sosial pessimizm"in hakim olduğuna işarə etdi. Vayer kürsünün "mükəmməl bir təşəbbüs" olduğunu vurğuladı. "Gülən" adının "Gül" hissəsinin flamand dilində "comərd, səxavətli" mənasına gəldiyini deyən rektor Mark Vayer "Gülən" sözünün Türk dilindəki mənasını öyrəndikdə "Gördüyünüz kimi ad (Gülən) tamamən müsbət mənalar daşıyır" - dedi. Kürsüyə rəhbərliyi öhdəsinə götürən prof. Leman Gülənin "hizmət (xidmət)" adlı bir fəaliyyət başlatdığını, "hizmət"in Allaha və insanlığa xidmət mənasına gəldiyini vurğuladıqdan sonra, "Biz niyə belə insanlarla əməkdaşlıq etməyək!?" - dedi.

Belçika Leuven Universitetində Gülən Kürsüsü

Bəzi Türklər mane olmağa çalışdı

Kürsünün açılış xəbərlərini eşidən belçikalı və türkiyəlilərdən bəzilərinin qarşı çıxdığını qeyd edən prof. Leman layihəni tənqidlə qarşılayan belçikalıları hələ də "müstəmləkəçi zehniyyət" daşımaqda ittiham etdi. "Avropa dünyanın dəyişdiyini hələ də anlaya bilmir. Heç olmasa Avropanın bir qismi. Türkiyəni hələ də geridə qalmış ölkə kimi görürlər. Halbuki hal-hazırda Türkiyənin iqtisadiyyatı daha sürətlə inkişaf edir" deyən prof. Leman "müstəmləkəçi" ifadəsinin çox ağır ifadə olduğunu deyənlərə, "Bəli mən buna "müstəmləkəçi zehniyyət" deyirəm. Çünki öz mədəniyyətinizin problemlərini görmür, başqalarının mədəniyyətini tənqid edirsiniz" - dedi. Prof. Leman Kürsünün müvəffəqiyyət qazanacağına əmin olduğunu diqqətə çatdırdı.

Kürsünün açılış xəbərini eşidən bəzi türklərdən xəbərdarlıq məzmunlu mesajlar almağa başladığını söyləyən prof. Leman, "Nə etdiyinizi bilirsiniz? Kimlərlə əməkdaşlıq etdiyinizi bilirsiniz? Bu insanların gizli planları var" kimi "xəbərdarlıqlar" gəldiyini nəzərə çatdırdı. "Bu insanların "gizli planlarını" kəşf etmək üçün əlimdə beş il var" deyən prof. Leman zarafatyana, "Əgər gizli planlarının olduğunu öyrənsəm, mətbuat konfransı keçirib bunu açıqlayacağam" - dedi. Prof. Leman əgər ortada gizli bir plan varsa, bu planın çox yaxşı gizləndiyini, son 2-3 ildir "hizmət"dəki insanlarla təmasda olduğunu və indiyə qədər heç bir gizli planla qarşılaşmadığını söylədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.