Fəthullah Gülən: Kaş müsəlmanlığa qəlbən sahib çıxa bilək
Fəthullah Gülən Xocaəfəndi bir Ramazan bayramını da qürbətdə qarşıladı. Bayramı Amerikalı həmvətənlilər ilə qarşılayan Gülən Bayram namazı və nahardan sonra ziyarətinə gələnlərlə bir-bir bayramlaşdı.
Xocaəfəndi: "Bayramları söz və əməllərin darlığında deyil, öz mahiyyətində dəyərləndirmək lazımdır. Kaş müsəlmanlar müsəlmanlığa qəlbən sahib çıxa bilələr" təmənnasını dilə gətirdi.
Fəthullah Gülən bayramların insanlara bəxş etdiyi gözəlliklərə diqqət çəkdi: "Yeddisindən yetmişinə qədər bütün müsəlmanlarda bu qədər hiss, bu qədər xəyal, bu qədər həyəcan, bu qədər əks-sədanın olması üçün kim bilir hansı yollarla, nə qədər vaxta, nə qədər düzəlişlərə ehtiyac var. Ancaq bayram insanları bu səmavi ab-vahaya qarışdıran kəsə bir yoldur".
Bayramların gətirdiyi nəşə, sevinc, eşq və şövqdən çox axirət yönünə də diqqət çəkən Gülən: "Bayram gəlib keçən bu fani həyatdan çox daxili aləmə daha uyğun, daha yumşaq, daha hərarətli mütləq bir gələcəyin xülyaları arasında gəzib dolaşır. Əslində insan bir intizarın övladıdır. Qəlbin beyni, beynin də qəlbi dəstəklədiyi şüurlu bir müsəlmanlıq yaşansa, insanlıq naminə böyük məsafələr qət edilər. Müsəlmanlar şəkil və surətdən (zahirpərəstlikdən) uzaq həqiqətin həqiqiliyində ömür sürməlidir. Kaş müsəlmanlar müsəlmanlığa qəlbən sahib çıxa bilələr," sözlərini dilə gətirdi. Xocaəfəndi bayramın ilk günündə ziyarətinə gələn böyüklərlə yanaşı, uşaqlarla da bir-bir bayramlaşdı. (Sezai Kalaycı)
- tarixində yaradılmışdır.