• Ana səhifə
  • Mətbuat
  • Xəbərlər
  • Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır.

Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır.

Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır. Müəyyən mövzular nəzərə alınaraq seçilən söhbətlərə Gülənin kitablarından sitatlar da əlavə ediləcək. Söhbətlər hər həftə çərşənbə və cümə günləri görüntülü və səsli şəkildə təqdim ediləcək.

Fəthullah Gülənin ABŞ və Türkiyədə lentə alınan və indiyə qədər yayımlanmamış söhbətləri "www.fgulen.com" saytında yayımlanmağa başlayır. Söhbətlər hər həftə çərşənbə və cümə günləri görüntülü və səsli şəkildə təqdim ediləcək. Müəyyən mövzular diqqətə alınaraq seçilən söhbətlərə Gülənin kitablarından sitatlar da əlavə ediləcək. Sayt Gülənin söhbətlərini bilavasitə seyri imkanı ilə yanaşı, video görüntüləri bilgisayara endirmə imkanı da verir. Bundan əlavə Xocaəfəndinin tərtib etdiyi "el-Kulubud-Daria" adlı dua kitabının tövsiyə edilən bəzi hissələri də multimedya dua bölümündə istifadəçilərə təqdim ediləcək.

Saytda bu gün yayımlanan ilk söhbətin mövzusu "Mömini hasım olarak görenlere şefkatle muamele (Mömini düşmən sayanlara şəfqət)"dir. Söhbətində möminlərin hər cür hücumlara qarşı necə davranmasından bəhs edən Fəthullah Gülən yer üzündə imanlı insanların varlığını həzm edə bilməyənlərin olduğunu dilə gətirir. Gülən: "Bütün bunlara qarşı siz mömin kimi hərəkət etməli, onlarla mömin kimi rəftar etməlisiniz ... Pisliyə yaxşılıqla qarşılıq verməkdə mükəlləfsiniz. Çalışın bir olan düşməni iki etməyin. Düşmənçiliyə düşmənçiliklə deyil, şəfqətlə qucaq açmaq lazım," - deyir.

2000-ci ildən fəaliyyət göstərən "fgulen.com" saytı Fəthullah Gülənin əsərlərini və düşüncələrini bütün dünya ilə bölüşmək məqsədi ilə quruldu. İngilis, Alman, Çin, Rus və s. cəmi 23 dildə fəaliyyət göstərən saytda Xocaəfəndinin əsərləri, həyatı, görkəmli şəxslərin Onun haqqında fikirləri, "Zaman" qəzetində hər cümə günü nəşr olunan "Kürsü" yazıları, "herkul.org" ünvanında həftəlik yayımlanan "Bam teli" söhbətləri və "Kırık Testi" yazıları da yer alır. Saytda həmçinin Xocaəfəndi ilə bağlı aktual xəbərlər də əksini tapır. Hal-hazırda proqram və dizayn üzrə təkmilləşdirmə işləri aparan "fgulen.com" saytı yaxın günlərdə Xocaəfəndinin əsərlərinin səsli versiyası, bəzi vəz və söhbətlərin dünya dillərinə altyazılı tərcüməsi və mobil telefon istifadəçiləri üçün yeni imkanlar təqdim edəcək.

14 yaşında atasının təşviqi ilə məsciddə vəz verməyə başlayan Fəthullah Gülən Xocaəfəndi yarım əsrə yaxındır, iman həqiqətlərini insanlara anlatmağa çalışır. Xocaəfəndinin məscid kürsülərindən verdiyi vəzlər "Minbərdən Yüksələn Səs", "İnsanı Ucaldan Vəsflər", "İşığa Doğru", "Tövhidin Ətrafında", "Könül Dünyamızdan", "Peyğəmbər Sevgisi", "Sonsuz Nur" adı altında yayımlandı. Fəthullah Gülən müalicə üçün getdiyi ABŞ-da da iman həqiqətlərini anlatmaqda davam etdirdi. Gülənin söhbətləri 2003-cü ildən bəri "herkul.org" internet ünvanında "Bam Teli" bölümündə də həftəlik yayımlanır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.