Fəthullah Gülən bildiklərini diktə etmədiyinə görə sevilir
Banqladeşli hüquq üzrə İslam Professoru Maimul Ahsan Xanın apardığı tədqiqatların bəhrəsi olan "Fəthullah Gülənin Vizionu və Təsiri" adlı kitabı İngilis dilində çapdan çıxdı. Gülən haqqında "Onun şəfqəti hər kəsi əhatə edir" deyən Xan "O, insanlara dinin təməl əsaslarla yanaşı, qəlblərində bir-birinə yer ayırmağı öyrədir" - söyləyir.
"Bir elm adamı olsaydım, mənim ən böyük kəşfim Fəthullah Gülən olardı" deyərək başlayır söhbətinə banqladeşli alim Maimul Ahsansa Xan. 10 il əvvəl Amerikada bir tələbənin hədiyyə etdiyi kitab vasitəsilə Gülənlə tanış olan Xan "Fəthullah Gülənin Vizionu və Təsiri" adlı kitabını İngilis dilində nəşr edirdi. Xan Gülən Fəaliyyətinin təhsil modelindən, demokratiyaya yanaşma tərzindən, Sufizmlə oxşar və fərqli cəhətlərindən bəhs edən kitabında Gülənin fikirlərini fərqli aspektdən şərh edir.
"Jurnalistlər və Yazarlar Vəqfi Araşdırma Mərkəzi"nin dəvəti ilə Türkiyəyə qonaq gələn prof. dr. Maimul Ahsansa Xan dünən Vəqfin mərkəzi binasında keçirilən toplantıda kitabın ərsəyə gəlmə tarixni və Fəthullah Gülənlə bağlı fikirlərini bildirdi. Dəkkə Universitetinin əməkdaşı olan Xan 10 il əvvəl Amerika universitetlərindən birində işləyən bir tələbəsinin verdiyi kitab vasitəsilə tanıyıb Fəthullah Gülən Xocaəfəndini. Ölkəsinə qayıdandan sonra araşdırmalarını intensivləşdirib. Araşdırmalarının ilk meyvəsini - "Fəthullah Güləni Banqladeş və Dünyaya Tanıtmaq" adlı kitabını qələmə alan Xan ikinci kitabında Xocaəfəndinin vizionundan və onun təsirindən bəhs edir. Xan Sufizm nəzəriyyəsindən bəhs etdiyi fəsildə Güləni bir sufidən çox alim kimi dəyərləndirir və elmlə dini birləşdirdiyini söyləyir. Gülən haqqında "Şəfqəti hər kəsi əhatə edir, heç kimə qarşı qərəzli yanaşmır" deyən Xan "Dinin təməl əsasları ilə yanaşı, insanlara əfvi və qəlbdə bir-birinə geniş yer ayırmağı öyrədir" deyir.
Fəthullah Gülənin dini siyasət alət etməyə imkan vermədiyini xatırladan Xan Xocaəfəndiyə qarşı olan sevginin səbəbini belə şərh edir: "Mən də çox kitab yazan bir professoram, lakin kitablarımı oxuyan insan sayı çox deyil. Halbuki Xocaəfəndinin dünyanın hər tərəfində minlərlə oxuyucusu var. Onu tanıdıqdan sonra başa düşdüm ki, o, xalqın içindən gəlir və heç kimə bildiklərini diktə etmir. Mən isə diktə etməyə çalışıram".
Dünyada imperatorluqların böyüdükcə parçalandığını xatırladan banqladeşli professor Gülənin təşviq etdiyi təhsil fəaliyyətinin dünyaya yayıldıqca güclənəcəyini dilə gətirir. Gülən haqqında "Türk" deməyin kifayət olmadığını bildirən Xan "Xocaəfəndi İslama ümumbəşəri bir baxış, gətirir və böyük bir boşluğu doldurur. O, İslam dünyasının Rumisi, Mövlanası, Dalay Laması və ya Qandisidir" - deyir. (Dilek Hayırlı)
- tarixində yaradılmışdır.