Fəthullah Gülən hər zaman haqsız tənqidlərə məruz qaldı
Üzləşdiyi haqsız tənqidlərə uzun müddət sonra cavab verən Fəthullah Gülən Xocaəfəndini ziyalılar da dəstəklədi. Gülənin İnqilabçı Qərargah təşkilatına kömək və gizli dəstək iddiası ilə həbs olunan Hanəfi Avcının kitabındakı iddialarına verdiyi cavaba prof. Doğu Ergil: "Sözləri elə doğrudur ki, ayrıca kiminsə təsdiqinə ehtiyac yoxdur" - dedi. Jurnalist prof. Mehmet Altan, "Bir dövlət varsa, onu heç kim ələ keçirə bilməz. Məncə, Camaat mübahisələri ilə Ergenekon prosesini təsirsiz hala gətirməyə çalışırlar," - deyə fikrini bildirdi. Jurnalist Nazlı Ilıcak isə Fəthullah Gülən və sevənlərinin hər zaman belə haqsız tənqidlərə məruz qaldığını qeyd etdi.
Gülən haqqında haqsız iddiaların yeni olmadığını söyləyən Ilıcak 1998-1999-illərində də buna bənzər ittihamların ortaya atıldığını, amma hər səfər Gülənin bəraət qazandığını xatırlatdı. Ilıcak mövzu ilə bağlı bir neçə nümunə verdi: "1998-1999-cu illərdə "Aydınlık” jurnalında "Polisdə Fəthullahçı təşkilatlanma” adı altında da yazılar çıxmışdı. Ankara Təhlükəsizlik İdarəsinin Sədri Cevdet Saral və Osman Ak "Fəthullahçılar bunlardır” deyə bir siyahı verdi. Siyahıda keçən adlar "Fəthullahın Copları” adı altında kitablaşdırıldı. 1999-cu ilin iyun ayında bir kaset ortaya çıxdı. Bu kasetə görə Nuh Mete Yüksəl istintaqa başladı, ancaq o, həmişə bəraət qazandı. Orijinal (islaq imzalı) sənəddə də "Hədəf götürüləcək” yazılmışdı. Çoxlu misal vermək olar," - dedi.
Xocaəfəndiyə qarşı edilənlərin siyasi xarakter daşıdığını söyləyən prof. Doğu Ergil Xocaəfəndinin son söhbətində dediyi sözlərə "Nə lazımsa, izah edib," - dedi. "Dövlət əldən gedir" qorxusunu yaymağa çalışdıqlarını deyən Ergil Gülən Fəaliyyətinin könüllülər və sivil fəaliyyət olduğunu ifadə etdi. Fəaliyyətin bu qədər tərəfdarı olmasını, dünyaya yayılmasını bəzilərinin qəbul edə bilmədiyini deyən Ergil: "Çünki ortada buna bənzər bir təşəbbüs yoxdur. Ancaq edərsə, dövlət edər, dövlət də eləmir. "Dövləti ələ keçirəcəklər” deyirlər. Diqqət edirsinizsə, Türkiyə siyasətində baş rolda həmişə dövlət olmuş, xalq deyil" - dedi.
Prof. Mehmet Altan isə Türkiyədəki hər bir qarşıdurma və çəkişmənin şəxslər ətrafında cıərəyan etdiyini bildirdi. Hüquqi dövləti heç kimin ələ keçirə bilməyəcəyini deyən Altan "Təhlükəsizlik qurumlarının, məhkəmələrin, dövlətin kiminsə əlinə keçməsi dövlətin olmaması deməkdir," - qeydini verdi. Son müzakirələrin Hrant Dinkin də ölümünə səbəb olan Ergenekon prsosesinin dayandırılmasına hesablandığını vurğulayan Altan belə dedi: "Uzun zamandan bəri hərbi dairələr demokratiya tərəfdarlarına və müxtəlif yollarla birinci cümhuriyyətin daxili təşkilatlanmasına qarşı çıxanlara, hərbinin də demokratik nəzarətə verilməsini istəyən hər kəsə "Fəthullahçı” deyir. Bu, bir psixoloji müharibədir. Bu camaatın varlığından, yoxluğundan, funksiyasından, fəaliyyətindən asılı olmayaraq, Türkiyədəki psixoloji savaş alətlərindən biri də hər bir demokrata, antimilitaristə verərək bilərəkdən, qəsdən "camaat üzvü” adını yapışdırmaqdır. Məqsəd tənqidləri bir kənara qoyub bunu camaat üzvünün söylədiyini iddia etmək və Ergenekon kimi dövlətdaxili təşkilatlanmanın ortaya çıxmasına maneə olmaqdır".
Fəthullah Gülən son günlər gündəmə gələn mövzularla bağlı "herkul.org” ünvanlı internet saytında fikrini bildirdi. "Yalançının şamı yatsıya qədər yanar” atalar sözünü xatırladan Gülən, "O şam çox yanmaz, demirəm "yalançı"dır, tərbiyəm rəva görməz, lakin o şam çox yanmaz, yansa, belə yatsıya qədər yanar və sönər” demişdi. "Fəthullahçı" istinadından narahat olduğunu, "kadrlaşma” iddialarının xoşagəlməz olduğunu söyləyən Xocaəfəndi sözlərinə dəyər verənlərin Təhlükəsizlik qurumlarında da, mülki müəssisələrdə də ola biləcəyini vurğulamışdı. "Mənə simpatiyası olanlar, zinhar simpatiyası olmasın, yoxsa Allahın hüzurunda iki əlim onların yaxasında olsun" deməliyəm?!.” sualını verən Gülən "bir insanın öz millətini öz ölkəsinin bəzi qurumlarına işə girməyə təşviq etməsinə "sızma" demək olmaz” deyə vurğulamışdı: "Təşviq edilən insanlar da, həmin müəssisələr də bu ölkəyə aiddir. Bir millətin fərdi öz milləti üçün var olan müəssisələrə sızmaz, bu, onun haqqıdır, girər oraya." (Aişə Tosun)
- tarixində yaradılmışdır.