Fəthullah Güləni tənqid edənlərin əlində sənədi yoxdur
"Gülən Hərəkatı" adlı tədqiqatını kitab şəklində çap etdirən amerikalı professor Helen Rouz Ebauf Danimarkada keçirilən konfransda Fəthullah Gülən və fəaliyyəti haqqında maraqlı fikirlər söylədi.
Tədqiqata başladıqdan sonra bəzi dairələrdən Fəthullah Gülən və fəaliyyəti haqqında tənqid məzmunlu məktublar aldığını söyləyən prof. Ebauf, "Ancaq onlardan bu tənqidlərin isbatını, yəni faktiki sənəd istəyəndə susurlar. Tənqid edənlərə rica etdim ki, mənə bu haqda sənəd göndərsinlər, ancaq göndərə bilmədilər. Çünki yoxdur," – dedi.
Məşhur sosioloq Ebauf Danimarkada fəaliyyət göstərən Dialoq-Forum Dərnəyinin təşkil etdiyi ziyafətdə ziyalılarla görüş keçirdi. İştirakçıların suallarını cavablandıran prof. Ebaugh “Gülən Hərəkatı” adlı kitabı haqda məlumat verdi. 11 Sentyabr hadisəsindən əvvəl amerikalıların İslamiyyət haqqında çox az məlumatı olduğunu bildirdi. Bir anda bütün mediada radikal müsəlmanların göründüyünü xatırlatdı. Hələ də Hyuston Universitetində Din sosiologiyası fənnini tədris edən Ebauf Xocaəfəndinin belə bir şəraitdə terroru lənətləməklə İslamiyyətin həqiqi simasını göstərdiyini ifadə etdi. Bir çox amerikalı kimi, Fəthullah Gülən adını ilk dəfə məhz bu zaman eşitdiyini bildirdi. Daha sonra apardığı araşdırmalar nəticəsində Gülən Fəaliyyəti ilə daha dərindən öyrəndiyini qeyd etdi. Ebauf kitabında Gülən Fəaliyyətinin iqtisadi sistemi haqqında geniş məlumat verir. Fəthullah Gülənin uzun müddət Türkiyədə məhkəmə prosesinə cəlb edildiyini xatırladan prof. Ebauf bu mərhələdə onu ittiham edənlərin bütün iddiaları gözdən keçirdiyini, ancaq Güləni məhkum etmək üçün bir cinayət də tapa bilmədiyini söylədi.
Hələ də Hyuston Universitetində Din sosiologiyası fənnini tədris edən prof. Helen Rouz Ebauf Gülən Fəaliyyətinin dünyaya ən böyük töhfəsinin şübhəsiz, məktəblər olduğunu vurğuladı. Ebauf məktəblərin həm Fəaliyyətin, həm də dünyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Araşdırma apararkən Türkiyə və Amerikada fəaliyyət göstərən müxtəlif təhsil qurumlarının idarəçiləri ilə görüşdüyünü söylədi. Helen Rouz Ebauf belə dedi: "Gülən məktəblərində təhsil almış bir çox gənc hazırda dünyanın bir çox ölkəsində çalışır. Vaxt keçdikcə bu insanlar Gülənin fikirlərini daha geniş kütlələr arasında yayacaq”.
Fəthullah Gülənin 12 Sentyabrda keçiriləcək referendumla bağlı xüsusi açıqlama verdiyini eşidəndə çaş-baş qaldığını söyləyən prof. Ebauf ancaq konstitusiya reformunun Türkiyə üçün əhəmiyyətini başa düşəndə Gülənə haqq verdiyini bildirdi. Ebauf "Ümumiyyətlə siyasi hadisələrdən uzaq duran Fəthullah Gülənin bu mövzuda fikir bildirməsi konstitusiya reformunun nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün kifayətdir. AB-nin Türkiyəni qəbul etməməsi konstitusiya reformundan sonra daha da çətinləşəcək," – dedi.
- tarixində yaradılmışdır.