Xocaəfəndi həmişəki kimi düz deyir
Türkiyə Baş nazirin müavini Bülent Arınç Fəthullah Gülənin Qəzzə yardım gəmilərinə İsrailin hücumu ilə bağlı fikirlərinə dəstək verdi. Türk dili olimpiada mükafatlarının təqdim mərasimində çıxış edən Arınç: "Məndən "Xocaəfəndinin sözləri nə mənaya gəlir" deyə soruşurlar. Xocaəfəndi həmişə olduğu kimi doğru söyləyir," - dedi.
Ankara Arena Qapalı İdman Sarayında keçirilən tədbirdə Bülent Arınç Xarici İşlər Naziri Əhməd Davutoğluna mükafat vermək üçün kürsüyə çıxan Bülent Arınç jurnalistlərin soruşmaq istədiyi suala başdan cavab verəcəyini bildirərək: "Məndən Xocaəfəndinin sözləri nə mənaya gəlir", deyə soruşurlar. Xocaəfəndi həmişə olduğu kimi doğru söyləyir," - dedi.
Bülent Arınç həmçinin "Xocaəfəndi həmişə olduğu kimi doğru söyləyir. Hər şeyə rəğmən müsbət hərəkət etməliyik, bunun yollarını axtarmalıyıq. Zülmə məruz qala bilərik, lakin heç vaxt zalım olmayacağıq. Onun adına bir çox ölkədə institutlar qurulub, bir çox ölkələr parlamentlərinin, universitetlərinin qapılarını bu təlimlər üzünə açıb. Bəs bu insan nə deyir? İnsanlara nə söyləmək istəyir? Hansı metodla hərəkət edir. Açırlar, baxırlar, araşdırırlar altından sülh, sevgi və müsbət hərəkət çıxır. Ona görə də bütün dünyanın izlədiyi bu sistemi, əlbəttə, biz də izləyəcəyik. Və bunun təqibçisi olacağıq ki, insanlar bizim yaxşı niyyətimizə güvənsinlər, səmimiyyətimizə etibar etsinlər," dedi.
Xocaəfəndinin 12 ildir xaricdə yaşadığını və haqsız yerə hicrətə məcbur edildiyini deyən Bülent Arınç sözlərinə belə davam etdi: "Onun haqqında atılmayan böhtan qalmadı. Media, siyasətçilər, Türkiyədə iğtişaşdan bəhrələnənlər Xocaəfəndini həmişə pislədi. Həmişə şübhə ilə baxdılar, əlaqələrini araşdırdılar. O da 12 ildir hüznlü qürbəti seçdi. Yoldaşlar, bu adam haqqında onlarla bəraət qərarı var və Türkiyəyə gəlməsində heç bir maneə də yoxdur. Ancaq baxın o nə deyir? "Mənim Türkiyəyə gəlməyimə heç nə mane olmur. Amma ola bilsin ki, bəziləri mənim gəlişimdən istifadə edib Türkiyəni qarışdırmaq istəsin. Mən müsbət hərəkət edirəm. Türkiyənin qarışmasındansa, insanların yalana, xətaya düşməsindənsə, çox sevdiyim vətənimdən uzaqda qalmağı seçirəm" - deyir. Bu məktəblərə necə şübhə ilə baxıldısa. Necə agentlər göndərildisə. Axırda "Bunlar gözəl insanlardır. Bunlar doğru-dürüst insanlardır. Bunlardan zərər gəlməz. Bunların ölkəmizə ancaq faydası var" deyə düşünüldü. Eynilə bunun kimi,
Xocaəfəndi də sabah təyyarəyə minib gələndə Türkiyəyə, hava limanında onu çiçəklərlə qarşılayanlar haqqında min bir böhtan atılacaq. Türkiyə bu dərəcəyə gəlmişdir, buna əmin olun. Ağzını hər açanda Xocaəfəndiyə böhtan atanlar indi öz fikirlərinə dəstək üçün ona istinad etməyə başladılar. Çiçəkləri də hazırlamağa başlasınlar artıq." (İbrahim Asalıoğlu)
- tarixində yaradılmışdır.