ABŞ-da 40 radio Gülən verilişini yayımladı

ABŞ və Kanadada 40 radio stansiyası tərəfindən yayımlanan "Dinlərarası Səslər" verilişin bu həftəki mövzusu Türk-İslam mütəfəkkiri Fəthullah Gülən və onun mənəvi rəhbərlik etdiyi könüllü təhsil hərəkatı oldu.

"Yaxında Türkiyəyə səfər etdim və orada Fəthullah Güləni kəşf etmək məni heyrətə gətirdi", -deyən verilişin aparıcısı Maurin Fidler ABŞ-a dönüncə Güləni və fikirlərini tanımağın zəruriliyi düşüncəsi ilə hazırladığı proqramına Güləndən bəhs edən "Bir Mədəniyyətlər Dialoqu" adlı kitabın müəllifi "Rice Universiteti"ndən Dr. Cill Karrolu dəvət etmişdi.

Fidler və Karrol Gülənin Qərbdə kifayət qədər tanınmamasını təəccüblə qarşıladılar. Özünün dünyada dini fəaliyyətləri yaxından izlədiyini, ancaq dörd il əvvəl Türkiyəyə gedənə qədər "böyük nüfuza malik" Gülən və hərəkatından xəbərsiz olduğunu etiraf edən Karrol: "Sanki varlığını bilmədiyim bir qitə kəşf etdim və gördüklərimə müsbət mənada çox heyrətləndim", -dedi. Karrol Gülənin "Çox təsirli bir mütəfəkkir" və "Usamə bin Ladenin ideoloji ziddi" olmasına baxmayaraq, Qərbdə haradasa heç tanınmamasına təəssüfünü bildirdi. Güləni Dalay Lama, Desmond Tutu, Teresa Ana kimi "öz inanc ənənələrinə dərindən bağlı", amma eyni zamanda "daha çox cahanşümul bir bəyana sahib" və "hər kəsin əmin-amanlıq içində yaşadığı bir dünya" istəyənlər kateqoriyasında gördüyünü söylədi.

Azadlıq və demokratiya yolunda

Xüsusilə, 11 Sentyabrdan sonra Qərblilərin İslam və müsəlmanlarla bağlı qorxularının çox artdığını yazan Karrol: "Bu müşəxxəs (tanınmış) din aliminə və dialoq bəyanına qulaq asmağımız çox əhəmiyyətlidir", -şəklində danışdı. Karrol Gülənin hələ Diyanətdəki vaizlik və imamlıq edərkən təhsil islahatına yönəldiyini, təhsilin bizi "əsl insan" etdiyinə və "hər kəs üçün gözəl bir dünya" qurma qabiliyyəti verdiyinə inandığını düşünür. Verilişdə Gülənin dini anlayışının "azadlıq" və "demokratiya" istiqamətində olduğu dilə gətirildi. Karrol Gülən hərəkatının təhsildən sonrakı əsas missiyası kimi xarakterizə etdiyi "dinlərarası dialoq"u bütünlüklə təhsilin bir parçası olaraq gördüyünü vurğuladı. Hərəkatı daha "insanmərkəzçi" və "hər kəsə "gəl" deyən birliklər toplusu" olaraq təyin edən Karrol hal-hazırda Pensilvanyada yaşayan Gülənin fikirlərindən ilhamlanaraq qurulan minlərlə müəssisəni onun idarə etmədiyini, münzəvi (qapalı) həyat seçdiyini qeyd etdi. Gülənin Amerikada olmasını isə səhhətindəki problemlərlə yanaşı, din azadlığı ilə də əlaqələndirdi. Karrol Gülənin yazıları və fikirləri ilə cəmiyyətdə böyük bir təsirə malik olduğunu, hərəkatın artıq Türkiyə sərhədlərini aşaraq qlobal və beynəlxalq səviyyəyə yüksəldiyini vurğuladı. Bu proqramı http://interfaithradio.org/ ünvanından dinləmək mümkündür. (Əli H. Aslan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.