ABŞ-da Gülənə Barış Mükafatı verildi

Nyu-Yorkda keçirilən təqdimetmə mərasimində Şərq-Qərb İnstitutunun sədri Con Edvin Mros söylədiyi çıxışda bu mükafatı Fəthullah Gülənə verməkdən çox məmnun olduqlarını ifadə etdi.

Nyu-Yorkda keçirilən təqdimetmə mərasimində Şərq-Qərb İnstitutunun sədri Con Edvin Mros söylədiyi çıxışda bu mükafatı Fəthullah Gülənə verməkdən çox məmnun olduqlarını ifadə etdi. Mros Fəthullah Güləni Amerikada məsuliyyətli, humanist, xeyirxah bir İslam anlayışı yaydığını vurğuladı. İnstitutun direktoru Gülənin dinlər və mədəniyyətlər arasında dialoq təşəbbüsünün dünya üçün çox əhəmiyyətli mesajlar olduğunu vurğuladı.

Fəthullah Gülən isə təqdimetmə mərasiminə göndərdiyi mesajda “mükafatı öz adına deyil, insanlığa xidmət etməkdən başqa heç bir qayəsi olmayan, fərqli din, inanc, millət və tarixə sahib, saysız-hesabsız könüllülər adına qəbul etdiyini” qeyd etdi.

İslamın terrorla, zülmlə hər hansı əlaqəsinin olmadığını vurğulayan, “müsəlman terrorçu, terrorçu da müsəlman ola bilməz” deyən Gülən öz mesajında: “Bəziləri dəhşətli işlərə girişdilər və məsum insanları İslam dini üçün öldürdüklərini iddia etdilər. Halbuki İslam məntiqinə görə, terror qəbuledilməz və rədd olunmuş bir davranışdır. Bu qaranlıq mərhələnin arxada qalmasına ümid edir və bir daha geri dönməməsi üçün dua edirəm” sözlərini işlətmişdi.

Onu da bildirək ki, Şərq-Qərb İnstitutu Avropada ən nüfuzlu düşüncə quruluşlarından biri hesab olunur və Prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri, general Ceyms Cons, keçmiş xarici işlər naziri Kondaliza Rays bu təşkilatın idarə heyətində yer alan şəxslərdəndir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.