ABŞ Hizmət könüllülərindən etiraz
ABŞ Hizmət könüllüləri tərəfindən qurulan dialoq qurumlarının baş idarəsi Alliance for Shared Values (AFSV) – Ortaq Dəyərlər İttifaqı Baş Nazir Tayyib Ərdoğanın Xocaəfəndinin Türkiyəyə təhvil verilməsinə dair iddialarına açılqama verib. Açıqlamada Baş Nazir Ərdoğanın fərqli düşüncəyə malik və demokratik hüquqlarından yararlanmaqdan başqa bir “günahı” olmayan Türk vətəndaşlarına qarşı göstərdiyi insafsız münasibətin acınacaqlı və ibrətamiz olduğunu vurğulayıb.
Hüquqi təcavüzün göstəricisi
Yazılı açıqlamada Fəthullah Gülən Xocaəfəndi haqqında hazırda heç bir hüquqi cinayət işi açılmadığını diqqətə çatdırılaraq deyilir: “Baş Nazirin Fəthullah Gülən Xocaəfəndini Türkiyəyə təhvil verilməsinə dair sözlərinin siyasi məqsədli hüquqi təcazvüz niyyətinin göstəricisidir. Bu cür addımlara avtokratik rejimlərdə rast gəlinsə də, demokratik və hüquqi rejimlərdə buna şahid olunmur.”
AFSV tərəfindən verilən açıqlamasının ardı:
“Həyatını demokratiyaya, insan hüqüq və azadlıqlarına sadiq insanlar yetişdirməyə həsr edən Fəthullah Gülən Xocaəfəndi hüquqa riayəti əsas prinsip qəbul edən bir Türk vətəndaşı olaraq hal-hazırda ABŞ-da yaşamaqdadır.
Fəthullah Gülən Xocaəfəndi və Könüllülər hərəkatının hər bir fərdi cəmiyyətə və dialoq fəaliyyətləri ilə dostluq körpülərinin qurulmasında verdikləri töhvəfələrə görə təqdirə layiq olduğu halda idarəçilərin öz vətəndaşlarını dövlət imkanları ilə həm ölkən daxilində, həm də xaricində hədəf seçməsi tarixin səhifələrinə qara ləkə kimi düşəcəkdir.
Saxta dəlillər
Cənab Baş Nazir məqamının imkanlarından istifadə edərək və nəzarətində fəaliyyət göstərən media orqanları vasitəsilə Fəthullah Gülən Xocaəfəndi və yaxınlarını milyonlarla Türk vətəndaşının qarşısında dəlil-sübutsuz ittiham etmiş və nifrət ifadələri ilə onu təcrid etməyə çalışmışdır.
Aylardır davam edən bu kampaniya əsnasında ortaya atılan əsassız iftiralara heç bir dəlil göstərilməmişdir. Bu gündən sonra ortaya qoyulan sənədlərə isə şübhə ilə baxılması qaçılmaz olacaqdır.
Demokratiya və hüquq buna izin verməz
Nə qədər Cənab Baş Nazirin Türkiyənin ABŞ ilə strateji əlaqələrərini siyasi əməlləri üçün istifadə etməyə çalışsa da, bu ölkənin köklü demokratiya və hüquq ənənəsinə isnadən inanırıq ki, əməlləri nəticəsiz qalacaqdır.
Cənab Baş Nazirin nə hüquq-vicdan, nə də Türk dövlət ənənəsi ilə bir araya sığmayan təşəbbüslərinin Türkiyənin dünyada demokratik azadlıqları get-gedə daha da məhdudlaşdırılan bir ölkə olaraq tanınmasına səbəb olmasından nigaranıq.
Şayəd əməlləri həyata keçərsə, bu, hazırda Türk xalqı arasında mövcud olan qütbləşdiməni daha da kəskinləşdirəcək və Türkiyəni dünyadakı demokratik dostlarından bir az da uzaqlaşdıracaqdır.”
- tarixində yaradılmışdır.