ABŞ-ın Türkiyə üzrə mütəxəssisi Henri Barkey: “Vaşinqton “çevrilişə” inanmır”
Lihay (Lehigh) Universitetinin müəllimi Türkiyə üzrə mütətəxəssis Henri Barkey AKP tərəfinfən “çevriliş” kimi təqdim edilıən əməliyyatlarda Gülən camaatını ittiham edilməsinə ABŞ hökümətinin inanmadığını söyləyib.
İngiltərənin BBC xəbər agentliyinə müsahibə verən Henri Barkey ABŞ hökümətinin qətiyyən çevriliş iddialarına inanmadığını bildirərək “Gülən hərəkatının Türkiyəd böyük nüfuza malik olduğunu qəbul etsək də, amerikalılar 12 illik bir iqtidarın hər xoşagəlməz hadisədə Güləni ittiham etməsini təəccüblə qarşılayır”, - deyib.
Barkeyin ABŞ höküməti ilə yaxın əlaqələrindən də bəsh edən xəbərdə ABŞ Xarici İşlər Nazirliyi sözçülərinin “çevriliş” sözünə yer vermədiyini, əvəzində “vəzifəsindən sui-istifadə” ifadəsini işlətdirklərini diqqətə çatdırıb.
Keçən həftə Vaşinqtonun nüfuzlu qurumların birində Türkiyə ilə bağlı bir toplantı keçirildiyini yazan BBC xəbər agentliy iclasda iştirak edən ABŞ rəsmilərinin ictimaiyyət qarşısında Türkiyədəki hadisələrlə bağlı fikir səsləndirməkdən imtina etdiklərini, lakin qapalı qapılar arxasında baş tutan görüşdə türkiyəli məsləkdaşlara xəbərdarlıq verildiyini bildirib. Sözügedən xəbərdə qeyd edilib ki, “AKP hökumətinin Hərəkatın ölkə xaricindəki fəaliyyətlətinə zərər vermə ehtimalı zəifdir.”
- tarixində yaradılmışdır.