ABŞ Təmsilçilər Məclisi Beynəlxalq Dil və Mədəniyyət festivalını rəsmi şəkildə tanıyıb
Türkiyədə hamı tərəfindən “Türkçe Olimpiyatları” olaraq bilinən rəsmi adı ilə Beynəlxalq Dil və Mədəniyyət Festivalının (İFLC) bu dəfəki dayanacağı ABŞ-ın paytaxtı Vaşinqton olub. Təxminən 3 saat davam edən festival qonaqlara xoş dəqiqələr yaşadıb.
Festivalın ən görkəmli hissəsi Vaşinqtonun nüfuzlu konsert salonu olan “DAR Constitution Hall” keçirilən bağlanış mərasimi olub. Böyük finalın keçirildiyi “DAR Constitution Hall” həftə içi olmasına baxmayaraq tamamilə dolu olub. Ağ Evin yaxınlığında yerləşən konsert zalında keçirilən festivalın aparıcısı məhşur Hollivud aktyoru Endi Qarsiya olub.
Tədbirdə çıxış edən Kaliforniya ştatının millət vəkili Xuan Varqas bu festivalın dünya mədəniyyətinə və sülhünə önəmli fayda verdiyini söyləyib.
Konsert proqramına xüsusi təmsilçisi ilə təbrik mesajı gondərən ABŞ Prezidenti Barak Obama festivala dəstək verib. Bundan başqa, Respublikaçılar partiyasının Texas ştatındakı millət vəkili Rani Vaber Fətullah Gülənə sülh çağırışları üçün təşəkkür edib. Kaliforniya ştatının millət vəkili Mike Konda isə festivalı dəstəklədiyini açıqlayıb.
ABŞ Təmsilçilər Məclisi Beynəlxalq Dil və Mədəniyyət festivalını (İFLC) rəsmi şəkildə tanıyıb.
Qeyd edək ki, bundan bir gün əvvəl də ABŞ konqresinin “Rayburn” ofis binasında keçirilən tədbirdə dünyanın fərqli ölkələrindən gələn məktəblilər amerikalı siyasətçilər, konqres nümayəndələri və qonaqlarla görüşmüşdü. ABŞ-ın fərqli bölgələrindən 25 millət vəkili və 1 senatorun iştirak etdiyi proqrama qonaq gələn şagirdlər öz hünərlərini göstərib, amerikalı siyasətçilərlə selfi çəkdirmişdilər.
- tarixində yaradılmışdır.