Afrika Birliyindən Fəthullah Gülən Xocaəfəndiyə mükafat
Afrika Birliyinin Möhtərəm Fəthullah Gülən Xocaəfəndiyə bəşəriyyətə verdiyi töhfələrə görə verdiyi təşəkkür lövhəsini Abant Platforması baş katibi Hüseyn Hurmalı alıb.
32. Abant Platformasıın iclası 8-9 martda Efiopiyanın paytaxtı Əddis Əbəbədə olan Afrika Birliyi Baş Mərkəzində reallaşıb. Afrika Birliyi Siyasi İşlər sektoru və Jurnalistlər və Yazarlar Vəqfi tərəfindən təşkil edilən platformaya aralarında 15 ölkədən 155 iştirakçı qatılıb. İclasın yekun bəyannaməsində bütün dünyaya, BMT İnsan Hüquqları Komissiyasının 16/18 nömrəli və din və ya etiqada söykənən; dözümsüzlük, sreotip, ayrı-seçkilik və zorakılığa təşviqin eleyhinə mübarizə qərarına hörmət edilməsinə çağırılıb.
Hücum azadlığı deyil
Beynəlxalq cəmiyyətin ifadə azadlığını təşviq etmək və nifrət təbliğatına qarsı mübarizə aparmaq sahəsində səylərinin əhəmiyyətinə işarə edilən məlumatda bunlara yer verilib: "Söz azadlığına qarşı bütün səbəbsiz təzyiqlərə qəti şəkildə yol verilməməlidir. Söz azadlığı əsla dini şəxsiyyətlərə və başqaları tərəfindən müqəddəs qəbul edilən dəyərlərə hücum etmə azadlığı hesab edilməməlidir."
Konfransın sonunda, Möhtərəm Fəthullah Gülən Xocaəfəndiyə bəşəriyyətə töhfələrinə görə təşəkkür lövhəsi verilib. Abant Platforması baş katibi Hüseyn Hurmalı "Afrika Birliyinin verdiyi lövhəni özünə təqdim edəcəyik, inşallah" deyib.
- tarixində yaradılmışdır.