Afrika İttifaqında “Hizmət Hərəkatı”na həsr olunmuş konfrans keçirilib

Afrika İttifaqında Hizmət Hərəkatına həsr olunmuş konfrans keçirilib

Aİ-nin Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən mərkəzi binasında təşkil edilən dialoq simpoziumunda “Hizmət Hərəkatı”nın dünya sülhünə verdiyi töhfələrdən danışılıb. Bu il ikinci dəfə keçirilən simpoziuma qırx ölkədən çox sayda yüksək vəzifəli şəxslər iştirak edib.

Efiopiyanın paytaxtı Əddis-Əbədədə yerləşən Aİ-nin mərkəzi binasında keçirilən dialoq simpoziumunda 2500 nəfər iştirak edib. Böyük maraqla qarşılanan simpoziumda çıxış edən Efiopiya Dinlərarası Şurasının Baş Katibi Pastor Z.Dequ: “Bu il ikinci dəfə keçirilən Afrika Dialoq Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Çox sayda beynəlxalq müşahidəçi və media nümayəndələrinin də iştirakı bu toplantının bizim üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. Əlamətdar hadisədir ki, tədbir biz - afrikalıların birliyinə böyük ümid bəslədiyimiz Afrika İttifaqının 50-ci ildönümü ilə üst-üstə düşür”, - dedi. “Hizmət Hərəkatı” haqqında məlumat verən “Jurnalistlər və Yazarlar Vəqfi (GYV)”nin Baş Katibi professor Hüseyin Hurmalı isə çıxışında deyib: ““Hizmət” hörmətli Fəthullah Gülənin təşviqi ilə müəyyən dəyərlər ətrafında meydana gələn, məqsədi xeyirxahlıq, təhsil və dialoq olan könüllü ictimai hərəkatdır”.

Simpoziuma möhtərəm Fəthullah Gülən Xocaəfəndi bir məktub göndərərək sülh və əmin-amanlıq naminə görülən işləri və iştirakçıların göstərdiyi səyləri təqdir etdiyini bildirib. Simpoziumun yekununda eyni məzmunda növbəti konfransın Abantda keçirilməsi qərara alınıb.

Loyola Universitetinin əməkdaşı professor Marşa Hermensen (Marcia Hermansen) çıxışında müasir dialoq nümunələri və qarşılıqlı anlayış mədəniyyətinin təməllərindən danışıb. Marşa: ““Hizmət Hərəkatı” “birgə yaşama və dialoq” mədəniyyətinin ən mükəmməl nümünəsidir ”, - deyib. Tolerantlıqdan daha çox sosial inteqrasiya və sülh haqqında söhbət açan Duke Universitetinin professoru Abdullah T.Antəpli isə: “Dünyada sosial inteqrasiya və sülhün bərqərar olması istiqamətində görülən işlər ciddi dəstəklənməlidir. “Hizmət Hərəkatı” buna ən gözəl nümunədir”, - deyib.

Afrika qitəsinin dini və mədəni zənginliyini nəzərə çatdıran Efiopiya Daxili İşlər Naziri Şifero Məryəm (Shiferaw Mariam) də Türk məktəblərinin təşəbbüsü ilə keçirilən bu tədbirdə müxtəlif din və mədəniyyətə mənsub insanların Afrika İttifaqı mərkəz binasında bir araya gəlməsini təqdir etdiyini söyləyib. Ölkədə açılan məktəbləri gəzib gördüyünü və təhsil sistemini çox bəyəndiyini vurğulayan Məryəm: “Fərqli kültürləri birləşdirən bu məktəblərdə birgə yaşama mədəniyyəti aşılanır”, - deyib.

Fəthullah Gülənin simpoziuma göndərdiyi məktubun məzmunu aşağıdakı şəkildədir: “Hazırda dünyanın həmişəkindən daha çox qarşılıqlı anlayış, dialoq, sülh, barış, yardımlaşma və həmrəyliyə ehtiyacı var. Nəqliyyat və informasiya vasitələrinin yüksək inkişafının bir nəticəsi olan qloballlaşma da qarşılıqlı anlayış, dialoq, sülh, yardımlaşma və həmrəyliyi həm daha zəruri hala gətirir, həm də həyata keçməsi üçün bizə böyük imkanlar təqdim edir. Ancaq çox təəssüf ki, bir yanda mənfəət, digər yanda etnik ünsürlər, bir başqa yanda mənafe ətrafında formalaşan siyasət, bir başqa tərəfdə ideolji qütbləşmələr və ən acınacaqlısı dinlərin yanlış anlaşılıb yanlış tətbiq edilməsi nəticəsində bütün insanlığın qardaşlıq beşiyi sayılan yer kürəsi müharibə və qarşıdurmalar meydanına çevrilmişdir.

Xüsusilə, zorakılığı, qan tökülməsini və təxribatçılığı qətiyyətlə pisləyən İslamiyyətin bəzi qruplar tərəfindən səhv anlaşılıb yanlış məqsəd üçün istifadə edilməsi isə daha da acınacaqlı bir hadisədir. Qloballaşma tanış olub qaynayıb qarışaq və yardımlaşaq deyə fərqli qövm və qəbilələr şəklində yaradılan biz insanların önünə yeni imkanlar qoyur. Elə isə fərdlər və cəmiyyətlər, ölkələr və millətlər olaraq şəxsən öz varlığımızı qoruyub saxlamaq üçün bir-birimizi anlamaq, tanımaq, daim dialoqda olmaq və dünyanı sülh diyarına çevirmək istiqamətində bu imkanlardan yararlanmaq hər halda hamımızın vəzifəsidir”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.