Ahmed Evci əbədiyyətə yola salındı

Bursa da 82 yaşında həyata vida edən təhsil könüllülərindən Ahmed Evci Ulucamidə qılınan cənazə namazından sonra Əhməd Paşa qəbiristanlığında torpağa tapşırıldı. Ürəyi xəstə olduğu üçün Əzəl Bahar Xəstəxanasına aparılan, orada vəfat edən Evcinin yas mərasimində sevənləri göz yaşı tökdü.

Evcinin yas mərasimində AK Partiya sabiq Millət vəkili Ali Kulla yanaşı ailəsi, yaxınları – minlərlə insan iştirak etdi. Mərhum Ahmed Evcinin cənazə namazını qıldıran sabiq Mərkəz Vaizi ilahiyyatçı Mustafa Hacet, Evcinin bütün xeyirxah işlardə izi olduğunu söylədi. Hacet belə dedi:

"Quran kursu desəz, onu görərsiniz, bədəniylə, cismiylə. Yataqxana desəz, məscid desəz, məktəb desəz onu görərsiniz. Harada bir xeyirxah iş varsa, orada Ahmed əmini görərsiniz. Ahmed əmi "yox" deməyi bacaran insan deyildi. "Yox" deyə bilməzdi. Nə istəsəz "bəli" deyərdi. Əgər yoxudursa, "inşallah edərik" deyərdi. Yanına gələni əsla əli boş göndərməzdi. Bir gün baxdım ki, harasa qaçır. Yaxınlaşdım: "Xeyirdir, hacı, hara tələsirsən?" – dedim. Dedi ki: "Qurban pulu yığıram". Dedim ki: "Hacı, qurbanın olum, sən onsuz da verirsən, üstəlik 80 yaşındasan, qoy bu işi biz görək". Dedi ki: "Heç elə şey olar. Marafonda qaçanlar son 200 metri daha sürətli qaçırlar. Çünki qalibiyyət buna bağlıdır. Mən marafonu bitirirəm. Son 200 metri qaçıram. Mən sizdən daha sürətli qaçmalıyam. Buna görə də yolumu kəsməyin," – dedi. Və o yaşda tələbələr üçün təqaüd pulu yığırdı, qurban pulu yığırdı, özü verirdi, xeyir işlərdə öndə gedirdi".

Göz yaşları ilə yola salınan Ahmed Evci, Ahmed Paşa Qəbiristanlığında dəfn edildi.

Fəthullah Gülən Xoca Əfəndi də təhsil könüllüsü Ahmed Evcinin yaxınlarına başsağlığı göndərdi: "Xeyirxahlığı ilə bir nəslin boya-başa çatmasında böyük əməyi olan Bursa əşrafından və Uludağ Təhsil və Kültür Vəqfi İdarə Heyəti Üzvü Ahmed Evci Bəyin vəfatını öyrəndim. Mərhuma Cənnət, yaxın və dostlarına başsağlığı diləyirəm," – dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.