Allah, bu millətə ən gözəl bayramları nəsib etsin

Səhhəti ilə əlaqədar Amerikada yaşayan Fəthullah Gülən bir bayramı da vətənindən ayrı keçirmənin hüznünü yaşadı. Qaldığı evin önündə qurban kəsən Gülən, ona baş çəkməyə gələn Türklərlə bayram namazını qıldı, nahar edib söhbət etdi.

Bayram sevinci ilə yanına gələn körpələri də unutmayan Gülən, onlara hədiyyə verərək sevindirdi. Qurban və bayramlaşmanın əhəmiyyətini vurğulayan Gülən, “Qurban Bayramının Həzrəti İbrahim (ə.s.) və İsmayıldan (ə.s.) bu günə qədər qəhrəmanlığın, fədakarlığın və təslimiyyətin simvolu olduğunu” söylədi.

Qurban Bayramını qürbətdə keçirən Güləni Türk ailələr tək buraxmadı. Pensilvaniyaya gələn qonaqlarla bayram namazını qılan Gülən qonaqları ilə bayramlaşdı və onlarla birlikdə səhər yeməyi yedi. Qaldığı evin önündə kəsilən qurbanının başında duran Gülən, ona baş çəkən Türklərlə söhbət etdi. Bayramlaşma ənənəsini vurğulayan Gülən, bu gözəl gündə böyükləri ziyarət edərək onları sevindirmənin əhəmiyyətindən bəhs etdi. Gülən sözlərini belə davam etdirdi: "Bayramların içindən, elə bil, bütün keçmişimiz oyanır və nazlı gözlərlə ətrafı süzür; indiki zaman bayrağımızın kölgəsində öz ruh və mənamızı duyurur; gələcək də açılmağı gözləyən tumurcuqlar kimi yüzümüzə təbəssüm saçır. Allahdan, bu millətə daim ən gözəl bayramları nəsib etməsini niyaz edirəm." (İdris Gürsoy, Nyu York)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.