Almanyada Hizmət hərəkətinə həsr edilən veriliş

Almanyada Hizmət hərəkətinə həsr edilən veriliş

Almanyanın tanınmış ZDF kanalı Gülən hərəkatına həsr edilən sənədli film nümayiş etdirib. Yarım saatlıq sənədli filmdə Hizmət hərəkatı ətraflı şəkildə tanıdılıb.

Filmdə həmçinin Fəthullah Gülən Xocaəfəndinin həyatı, hazırlıq kursları, media və biznes dünyasına geniş yer verilib.

“Allahın əmrində” adlı sənədli film Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin doğulduğu evdə çəkilən video kadrlarla başlayır. Filmin ilk dəqiqələrində qısaca Xocaəfəndinin həyatı haqda məlumat verilir. Yarım saatlıq sənədli filmdə Ərzurumdakı yaxın qohumlar Xocaəfəndidən bəhs edir.

Hizmətin təhsilə verdiyi əhəmiyyəti işıqlandıran sənədli filmdə hazırlıq kursları sayəsində uğur qazanan şagird və valideynlərin müsahibəsinə də yer verilir. Filmdə tələbə yataqxanalarında qalan şagirdlərin gündəlik həyatından kadrlar nümayiş etdirilərək yataqxananın iş sistemindən bəhs edilir.

Sənədli filmdə həmçinin bu il Düsseldorfda keçirilən XII Türk Dili olimpiadasından da bəsh edilir.

Hizmət hərəkatına aid media qurumlarından da ətraflı məlumat verən filmdə Samanyolu kanalının xəbərlər şöbəsinin baş redaktoru Mətin Yıkar və Tudeys Zaman qəzetinin Baş Redaktoru Bülənt Kənəşin müsahibələrinə də yer verilir.

Biznes dünyasını da işıqlandıran filmdə Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) fəaliyyətləri haqqında geniş məlumat verilir.

Filmin son dəqiqələri isə Jurnalislət və Yazıçılar dərnəyinin sədri Mustafa Yeşilin Türkiyədəki aktual mövzular haqqındakı fikirlərinə həsr edilmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.