Amerikalı alimlər təhsildə model olaraq Türk məktəblərini göstərdi

Amerikada dialoq iftarında bir araya gələn professorlar təhsil modelinə nümunə kimi Türkiyə xaricində fəaliyyət göstərən türk məktəblərini göstərdilər. Filadelfiya Dialoq Forum tərəfindən Filadelfianın məşhur universitetlərindən "Temple"də verilən iftara qatılan alimlər təhsilin dialoqdakı əhəmiyyətindən danışdılar.

Moore Sənət və Dizayn Universiteti Rektoru və Milli Sənət və Dizayn Məktəblər Birliyi Rəhbəri Müavini professor Happi Fernandes Amerikadakı dövlət məktəblərində nümunəvi fədakar müəllimlərin olmasına diqqət çəkdi. Fernandes Fəthullah Gülənin təhsil sahəsində buna bənzər bir axını təmsil etdiyini bildirdi. Amerikada uşaq bağçası və orta məktəb təşkilatlarında yaşanan çətinliklərdən danışan və bu mövzuda təhsilin əhəmiyyətini vurğulayan professor Fernandes arzulanan dialoq və tolerantlığın meydana gəlməsi üçün yeganə yolun təhsildən keçdiyini dilə gətirdi.

İftarda söz alan bir başqa iştirakçı Filadelfiya Luteran İlahiyyat Məktəbi Amerikan Xristianlıq Tarix fakültəsindən professor Con Pahl çıxışını Fəthullah Gülənin təhsil fəlsəfəsinə həsr etdi. Professor Pahl ölkədən xaricdə apardığı tədqiqat və araşdırmalar zaman əldə etdiyi məlumatlara əsaslanaraq Amerika və Türkiyə başda olmaqla Orta-Asiya, Afrikanın bir çox ölkəsində könüllü türk iş adamları tərəfindən açılan məktəblərin müvəffəqiyyəti barədə geniş məlumat verdi. İlahiyyatçı professor Pahl: "Fəthullah Gülənin İngiliscəyə tərcümə olunan bütün kitablarını oxudum. Şəxsən mən onu bu əsrdə müxtəlif din və mədəniyyətə mənsub insanların birgə əmin-amanlıq içində yaşaması uğrunda mübarizə aparan insanlardan biri kimi görürəm" dedi.

Dialoq Forum Rəhbəri Naci Yazıcıoğlu isə dialoq fəaliyyətlərini əhəmiyyətinə toxunaraq dəvətə qatılanlara təşəkkür etdi. Azanla başlayan iftar yeməyi qonaqların çıxışları ilə davam etdi. ("Cahan" Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.