Azərilərin abisi Haqqa qovuşdu

Ömrünü gənc nəslin yetişməsinə həsr edən Adil Soral müalicə aldığı xəstəxanda vəfat etdi.

Azərbaycanda Türk məktəblərinin açılmasında böyük rolu olan Adil Sorala beynin şişi diaqnozu qoyulmuşdu. 40 yaşında həyata vida edən Soralı bu son yolçuluğunda sevənləri tək qoymadı. Təhsil könüllüsü Soral dünən Çamlıca Camesində ikindi namazından sonra toplanan yüzlərlə tələbə və həmkarlarının çiyinlərində Küplücə Qəbristanlığında dəfn edildi.

Ali təhsilini Azərbaycanda alan Soralın Ağdaş, Mingəçevir, Şəki liseylərinin açılmasında böyük rolu olmuşdur. Dörd il boyu gecəsini gündüzünə qatıb gənclərə “abi”lik edən Soral 1996-cı ildə İstanbula qayıtmışdı. Çamlıca Tələbə Yataqxanasında Orta Asyadan gələn tələbələrə rəhbərlik edirdi. Ailəli və bir qızı olan Soral bir ildir Səma Xəstəxanasında beyin şişindən müalicə olunurdu.

Azərilərin abisi Haqqa qovuşdu

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.