Banqladeşin Baş Nazirinin müşaviri Türk məktəbləri haqqında ağızdolusu danışıb!

Banqladeşin Baş Nazirinin müşaviri Türk məktəbləri haqqında ağızdolusu danışıb!

Banqladeş Baş Nazirinin Beynəlxalq Əlaqələr üzrə müşaviri prof. Govher Rizvi (Gowher Rizvi) Türk məktəblərinin sayının artırılmasını tələb edib.

Banqladeşdə təhsil fəaliyyətini davam etdirən Beynəlxalq Umid Türk məktəbləri müqəddəs ramazan ayını səmərəli şəkildə keçirməyə çalışır. Valideynlərin, müəllimlərin və rəsmilərin iştirakı ilə keçirilən ənənəvi iftar ziyafətində Baş Nazirin çıxışı yaddaqalan olub.

“Dostlar məni buraya Baş Nazirin müşaviri kimi dəvət etdilər, amma mən hər şeyi bir kənara qoyub məktəbinizin heyranı və dayağınız olduğumu bildirərək sözə başlamaq istəyirəm” deyən prof. Govher Rizvi çıxışına belə davam edib: “Banqladeş və Türkiyə kökü tarixdə olan iki dost ölkədir. Mənə soruşsanız ki, bu dostluğun ən gözəl bəhrəsi nədir? Tərəddüd etmədən Beynəlxalq Umid məktəbləri deyərdim. Banqladeş xalqına verdiyiniz töhfələri görür və təqdirlə qarşılayıram. Başda idarə heyəti olmaqla məktəblərin bütün işçilərini salamlayıram və Təhsil Nazirinin də dediyi kimi, onlardan daha çox məktəb amalarını xahiş edirəm. Mənim burada sizi təşəkkür etdiyim kimi, məktəblərinizdən məzun olan şagirdlər də öz müvəffəqiyyətləri ilə cəmiyyətə və bütün dünyaya töhfələr verərək sizə təşəkkür edəcəklər”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.