Baş Nazir: “Bu salonlara sığmayacaqsınız”

Başbakan: Bu salonlara sığmayacaksınız

Belçikada “Aktiv Dərnəklər Federasiyası”na (Fedactio) bağlı olan “Belçika-Türk Dostluq Dərnəyi” (Beltud) tərəfindən bu il beşincisi dəfə təşkil olunuan “Belçikanın Rəngləri” adlı mədəniyyət tədbiri yenə böyük coşqu ilə qeyd olunub. “Fərqli dillər, ortaq duyğular” şüarı ilə keçirilən tədbirdə Flaman bölgəsinin Baş naziri Kris Peetersin çıxışı yadda qalan olub. Baş Nazir çıxışında: “Siz toplumlar arasında yıxılmaz körpülər inşa edirsiniz”, - deyib. Tədbirin sonundaki açıqlamasında isə: “Bu salonlara sığmayacaqsınız, gərək yeni tədbir salonları tapasınız”, - deyib.

Bu il beşincisi dəfə keçirilən “Belçikanın Rəngləri” adlı tədbirdə yenə coşqulu dəqiqələr yaşanıb. Anversin ən ehtişamlı tədbir saraylarından olan Sredskoburqda (Stadschouwburg) təxminən iki minə yaxın insan müxtəlif dillərdə ortaq duyğuları paylaşıblar. Tədbirdə Flaman Baş Naziri Kris Peeterslə yanaşı, Flaman Milli Məclisinin Sədri Jan Peumans, Federal Baş Nazir Elio Di Ruponun müavini Yasmine Kerbaçe, Ədliyyə Naziri Annemie Turtelbum, Anversin Meri Kati Berks, Sant Jozze Bələdiyyə Sədri Əmir Kır və bir çox millət vəkili iştirak edib.

Sarsılmaz körpülər inşa edirsiniz

Həm Türk, həm də Flaman dlində mahnı və şer kateqoriyalarında yer tutan şagirdlərin mükafatlarını siyasətçilər təqdim edib. Flaman Bölgəsinin Baş Naziri Kris Peeters mahnı kateqoriyasında yer tutan şagirdlərin mükafatlarını təqdim edəndən sonra tədbirdə çıxış edib. Peetersin çıxışına Türk dilində “Mərhəba, Flamanın Baş Naziri olaraq sizə təşəkkür edirəm” sözləri ilə başlaması tədbir iştirikçıları tərəfindən böyük alqışla qarşılanıb. Baş Nazir çıxışını bu sözlərlə davam etdirib: “Bu gün fəaliyyətlərinizə baxanda heyrətamiz işlər gördüyünüzü müşahidə edirəm. Bu gün bir daha gördük ki, Flaman bölgəsinin kimliyini bizimlə birgə müəyyənləşdirirsiniz.” Peeters daha sonra Türk, Flaman və Fransız dillərinin bir-birinə çox gözəl yaraşdığını qeyd edərək: “Bu, bir zənginlikdir”, deyib. Çıxışının sonunda əyalət sədri “Aktiv Dərnəklər Federasiyası”na (Fedactio) səslənərək: “Sizi təbrik edirəm. Siz toplumları bir-birinə yaxınlaşdırırsınız. Düşüncənin əhatə çərçivəsini genişləndirir və sarsılmaz körpülər inşa edirsiniz. Bu tədbir Türk toplumunun həyatımızın ayrılmaz bir parçası olduğunu bariz bir şəkildə göstərdi” sözlərinə yer verib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.