“Bayram təvazökarlığı da xatırladır…”

Fəthullah Gülən Xocaəfəndi bu Qurban bayramını da qürbətdə qarşıladı. Bayram günü ona baş çəkməyə gələn balaca qonaqlarla bir-bir görüşüb söhbət edən Xocaəfəndi onlara şokolad və cibxərcliyi payladı. Körpələrdən özünə dua istəyən Xocaəfəndi daha sonra Türk qonaqları ilə nahar süfrəsində bir araya gəldi. Qonaqlarla söhbət edən Xocaəfəndi verilən suala bayramın insana hörməti, pisliyi unutmağı, təvazökarlığı və Mövlananın buyurduğu kimi pislik edənlərə belə ürəyini açmağı xatırlatdığını dedi.

Bayram namazından sonra xütbə oxundu, Xocaəfəndi balaca qonarlaqla bir-bir maraqlanaraq onların adını və əhvalını soruşdu. İnsanın Allahın xəlq etdiyi bir sənət əsəri olduğunu diqqətə çatdıran Xocaəfəndi “İnsana yaraşan təvazökarlıq və məhviyyətdir. Qüsurumuz olmasa belə tənqidləri təvazöklıqla qarşılamalıyıq” deyərək insane layiqincə hörmət etməyə çağırdı. Radikal dini anlayışın bir çox insanı ibadətdən, hətta dindən soyutduğunu deyən Xocaəfəndi bu baxımdan Müsəlmanlara çox iş düşdüyünü dilə gətirdi.

Tənqid və pis əməllərdən qalmayanların bir gün bundan əl çəkəcəyi ümidi ilə onların pisliklərini unutmağa çağıran Xocaəfəndi sözünə belə davam etdi: "Əza (əziyyət) görsən də, heç kimə əza etmə, cəfa görsən də kimsəyə cəfa etmə. Mövlana kimi, səni söyənə belə “gəl sultanım, qəlbim sənə də açıqdır” de. İnsanların pis əməllərini “bir gün bu yoldan dönərlər” ümidi ilə unut. Pislikləri unutmağa çalış. İnsana hörmət et. Bayram bizə məhz bunları xatırladır".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.