Bayramda bir-birimizə sevgi ilə dua edək

Bayramda bir-birimizə sevgi ilə dua edək

Qurban bayramını ABŞ-ın Pensilvaniya ştatında qarşılayan Fəthullah Gülən Xocaəfəndini bölgədə yaşayan sevənləri və uşaqlar yalnız qoymayıb. Bayram namazını qılıb xütbəni dinlədikdən sonra Xocaəfəndi qonaqlara “Xoşgəldiniz” deyərək bayramlarını təbrik edib.

Qonaqlarla qısa söhbətin ardınca namazdan sonra edilən duanı qəsd edərək: “Bir-birimizə iman, mərifət və məhəbbət dərinliyi olan və ən yaxın dairədən ən uzaq dairəyə qədər – bütün insanları əhatə edən dualar edək”, - deyib. Uca Peyğəmbərimizin sünnəsinə riayət etmək məqsədilə qadınların olduğu zala gedərək onları da təbrik edib. Sonra qurban kəsimində iştirak edərək qurbanı kəstirib. Hər bayram olduğu kimi, bu bayram da ziyarətinə gələn uşaqlarla tək-tək maraqlanaraq onlara cibxərcliyi və şokalad paylayıb.

Bayram namazından sonra oxunan xütbədə insanın daim xeyir və şərlə sınağa çəkilməsi vurğulanıb. Bəzən şər düşüncənin və zülmün bəşəriyyətə qələbə çaldığını bildirərək belə günlərdə xalqın şəfqət və mərhəmət umduğu müəssisələrin kinə, nifrətə, həsədə köklənmiş şər qüvvələrin əlinə keçdiyinə də işarət edib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.