BBP-dən Xocaəfəndiyə şəfa diləyi
Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Dəstiçi səhhəti ilə əlaqədar 12 saat həkimlərin nəzarətində qalan Fəthullah Gülən Xocaəfəndiyə şəfa diləyib.
Dəstiçi yazılı şəkildə çatdırdığı açıqlamada: “Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin ani təzyiq yüksəkməsi nəticəsində bir müddət xəstəxanada həkimlərin nəzarəti altında qaldığını, müalicə olunduqdan sonra evində istirahət etdiyini öyrənmişəm. Ömrünü inandığı dəyərlərə, millətin gələcəyinə və bəşəriyyətin sülh, əmin-amanlıq və qardaşlığına həsr edən Xocaəfəndinin xəstələnməsi xəbəri bizi və sevənlərini dərindən kədərləndirmişdir. Zati-alilərinə şəxsim və sədrlik etdiyim partiya adından Uca Allahdan şəfa diləyirəm.” ifadələrinə yer verilib.
- tarixində yaradılmışdır.