Belarusyadan Gülənin Dialoq Fikirlərinə Dəstək

“Çetiri Çetverti” və “Dialoq Avrasiya” nəşriyyatları Fəthullah Gülənin dialoq fikirlərini əks etdirən “Perspektivlər” adlı kitabını Belarus dilində dərc etdirdi. Belarusya Dövlət Universiteti Fəlsəfə və Sosiologiya Fakültəsinin Dekanı professor A.V.Rubanovun qələmə aldığı ön sözü ilə Belarus dilində nəşr olunan kitabın ilk tirajı 600 ədəddən ibarətdir.

İlk olaraq ziyalıların araşdırma və tədqiqatına təqdim olunan kitabda Hörmətli Gülənin İslam və demokratiya, İslam və ümumbəşəri tolerantlıq anlayışı, İslam və terror, həmçinin təhsil bağlı fikirlərinə, nəşr olunmuş məqalə və reportajlarına yer verildi.

Kitab üçün qələmə aldığı ön sözdə Belarus Dövlət Universiteti Fəlsəfə və Sosiologiya Fakültəsi Dekanı Hörmətli professor Dr. A.V.Rubanov Gülən barədə: "İslam aləminin öndə gələn intellekti" ifadəsinə yer verir. Gülənin yazıçılığı, şairliyi və mütəfəkkirliyinə toxunan professor Rubanov Gülənin Türkiyədə bir sivil toplum hərəkatının rəhbəri olduğunu, "Gülən məktəbləri" adı ilə tanınan məktəblərin bütün dünyaya açıldığını ifadə edir. Bu məktəblərin əsas məqsədinin şagirdlərə müasir elmlərin aşılanması və gündəlik həyatdan verilən nümunələrlə əxlaqi tərbiyə olduğunun vurğulayır. Papa ilə görüşü qeyd edərək Gülənin böyük bir dialoq və tolerantlıq vəsfinə malik olduğunu ifadə edərək “Foreign Policy” jurnalının anketində də bu bənzərsiz xüsusiyyətlərinə görə birinciliyə layiq görülmüş olduğunu oxucuların diqqətinə çatdırır.

Gülənin fikirlərinin müxtəlif dillərə tərcümə edilməsinin faydasına toxunan Rubanov, kitabın İslam dininə aid əhəmiyyətli məlumatları və müasir dünyada İslamın çağdaş dünyagörüşləri ilə, müxtəlif etnik və inanclarla birgə və problemsiz yaşana biləcəyini vurğulaması baxımından əhəmiyyətli bir əsər olduğunu qeyd edir. Çünki Gülənin fikirlərinin təməlində humanizm olduğunu vurğulayan Rubanov, bunun da mərkəzində sevgi, insan sevgisi, təbiət sevgisinin durduğunu qeyd edir.

Bu kitabın başqa bir orijinal yönü Gülənin Belarus dilində nəşr olunan ilk kitabı olmasıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.