Beninli nazir: “Türk məktəblərini görməyimə şadam”

Beninli nazir: Türk məktəblərini görməyimə şadam

Seneqalda rəsmi səfərdə olan Benin Respublikasının Xarici İşlər Naziri Nassirou Bako Arifari Türkiyə iş adamlarının əməyi ilə açılan və ölkədə böyük nüfuza malik Yavuz Səlim təhsil qurumlarının məktəblərini ziyarət edib. Səfərdə olduğu hər ölkədə Türk məktəblərini görməkdən şad olduğunu bildirən nazir: “Seneqaldakı Türk məktəbləri həm yerli xalqın, həm də dövlət adamlarının məhəbbətini qazanmışdır. Ziyarətdən sonra başa düşdüm ki, siz bütün ölkələri eyhi dərəcədə sevir və mükəmməl təhsil verirsiniz”, - deyib.

Benin Respublikasının Xarici İşlər Naziri Nassirou Bako Arifari laboratoriyaları və konfrans salonunu gəzib gördükdən sonra Türk dili kabinetində olmuş, dərsə qulaq asmış və şagirdlərlə söhbət etmişdir. Nazir: “Mənim əkiz övladlarım var. Onlar vətənimdəki Üfüq Liseyində oxuyurlar. Ziyarətdən əvvəl bəzi şübhələrim vardı. Sonra gördüm ki, buradakı şagirdlərə də yüksək təhsil imkanları verilir” deyib. Arifari: “Vətənimdə başqa ölkələrin də məktəbləri var. Ancaq onlar sizin məktəblərinizə çata bilmirlər” deyərək Türk məktəblərindən ağızdolusu danışıb.

Seneqalda 1997-ci ildə 14 şagirdlə təhsilə başlayan Yavuz Səlim təhsil qurumlarında hazırda 2500 şagird təhsil alır.