Berlin Senatı “Hizmət hərəkatı” əleyhinə irəli sürülmüş təklifi rədd etdi

Berlin Senatı “Hizmət hərəkatı” əleyhinə irəli sürülmüş təklifi rədd etdi

Almaniyada “Hizmət hərəkatı” ilə bağlı araşdırma təklifini cavablandıran Berlin Senatı məsələnin araşdırılmasına ehtiyac olmadığını vurğuladı. Senat Sol partiyanın Fəthullah Gülən və “Hizmət hərəkatı” ilə əlaqədar irəli sürdüyü araşdırma təklifinə konkret cavab verdi. “Der Spiegel” jurnalının “Hizmət hərəkatı” haqqında ortaya atdığı iddialara əsaslanaraq Senatı laqeydliklə ittiham edən Sol Partiya Əyalət Məclisinin İmmiqrantlar üzrə təmsilçisi Hakan Taşın təklifinə verilən cavabda Berlin Senatı “Gülən Hərəkatının Konstitusiyanın qorunması ilə əlaqədar qurumların təhqiqat aparmasına əsas verən məqsədinin olmadığını” vurğuladı.

“Der Spiegel” jurnalının ittihamlarına əsaslanaraq Berlində fəaliyyət göstərən TÜDESB Təhsil müəssisələrini Almaniya qanunlarını pozmaqda ittiham edən Taşın əksər suallarını daha əvvəl Federal Hökümətin cavabına oxşar şəkildə cavab verən Senat TÜDESB-in Konstitusiyanı Qoruma Qurumu tərəfindən izlənmədiyini vurğuladı.

Taş təklifində Berlində bir çox “işıq evi” olduğunu və orada hərəkata “sadiq xidmətçilər” yetişdirildiyini iddia etmiş, Senatdan hərəkət edib-etməyəcəyini soruşmuşdu. Senat bu suala belə cavab verdi: “Gülən Hərəkatı ilə əlaqədar təhlükəsizlik orqanlarının təhqiqat aparmasına əsas verən bir fakta rast gəlinməmişdir”.

Senat Hakan Taşın araşdırma təklifində irəli sürdüyü əksər sualların ötən il elə həmin partiyaya federal səviyyədə cavablandırıldığını da xatırlatdı. Daha əvvəl Sol Partiyanın millət vəkilləri Ulla Jelpke, Wolfgang Gehrcke, Andrej Hunko, Ingrid Remmers və Qrupun Sədri Gregor Gysinin imzalı təklifini cavablandıran Federal Hökumət “Hökumətin əlində Gülən Hərəkatı haqqında Konstitusiyaya zidd məlumat yoxdur. Fəthullah Gülən Hərəkatı Konstitusiyanı Qoruma üzrə Qurumlarının izlənmə obyekti olmamışdır” açıqlaması ilə hərəkatın Konstitusiyaya zidd bir fəaləyyətlə məşğul olmadığını qeyd etmişdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.