“Bir gün” qəzetinin yalan xəbəri

Türkiyənin “Bir gün” qəzetinin son sayıda verdiyi xəbərə görə, guya İranda “camaat”ın məktəblərinə basqın edilib və orada 83 MKD (CIA) casusu həbs edilib. Bu xəbər ötən günlər tvitrda (twitter) yayılmağa başlamış, hətta sosial şəbəkələrdə gülüş obyektinə çevrilmişdi. Çünki İranda indiyə qədər heç vaxt “camaat”ın məktəbi açılmamış və fəaliyyət göstərməmişdir. Məlumdur ki, dünyanın hər yerində təhsil fəaliyyətləri ilə məşğul olan Fəthullah Gülən camaatının məktəb açma təklifini İran hakimiyyəti qəbul etməmişdir.

Görəsən qəzet hansı xəbər agentliyinə, kimə əsasən belə bir xəbər yayımlayaraq özünü gülünc vəziyyətə salmışdır?

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.