BMT-nin təhsillə bağlı nəzəri layihələrini “Könüllülər hərəkatı” həyata keçirir

BMT-nin təhsillə bağlı nəzəri layihələrini “Könüllülər hərəkatı” həyata keçirir

Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatında Jurnalistlər və Yazarlar Birliyi (GYB) ilə Sülh adaları İnstitutu tərəfindən birgə keçirilən tədbirdə təhsilin inkişaf etdirilməsi, həmçinin korrupsiya ilə bağlı məsələ əsas müzakirə hədəfi olub.

“Təhsil sivil inkişafın əsasıdır” adlı paneldə BMT-nin 2015-ci ildə əsas inkişaf strategiyasının təhsil üzərində qurulduğu vurğulanıb. Eyni zamanda qeyd edilib ki, rüşvət və korrupsiya hər bir millətin gələcəyini, millət kimi var olmasını təhlükə altına alır. Toplantıda çıxış edən GYV sədrinin müavini Hüseyin Hurmalı cəhalətin, yoxsulluğun və ayrı-seçkiliyin günümüzün ən önəmli problemləri olduğuna diqqəti cəlb edib.

Hüseyin Hurmalı Fəthullah Gülən Xoca əfəndinin eyni dünyagörüşündə olduğunu xatırladaraq: “Gülən, cəhalətin aradan qaldırılmasının və sülhün əldə edilməsinin tək yolu təhsildir deyir”- deyib.

Bu çərçivədə də Fəthullah Gülən Xoca əfəndinin dünyada sülhün əldə edilməsi və bəşəriyyətin sivil inkişafı üçün bütün imkanlardan istifadə etdiyini, bu hədəfə çatmaq üçün “Könüllülər hərəkatı”nın dünyanın müxtəlif ölkə”lərində çoxtərəfli fəaliyyət göstərdiklərini söyləyib.

Hurmalı BMT-nin 2015-ci il inkşaf hədəfində təhsilə xüsusi önəm verməsi ilə bağlı layihələrinə də toxunaraq: ‘”Könüllülər hərəkatı” BMT-nin bu layihələrini faktiki olaraq praktikada həyata keçirməkdədir”,-deyib.

GYB rəsmisi bu müstəvidə də Bosniya savaşı zamanı “Könüllülər hərəkatı”nın Saraybosnada məktəb açdığını və burada xorvat, serb və bosniyalıların uşaqlarını bir yerdə oxutduğunu xatırladıb. O: “Serb və Bosniyalılar müharibə etdikləri vaxt bu məktəbdə oxuyan uşaqlar bir yerdə təhsil alaraq mehriban şəkildə yaşadılar və bununla da dünyaya sülh nümunəsi göstərdilər”,-deyib. Keniyadakı türk məktəbindən məzun olan və hazırda ODTU-də təhsilini davam etdirən Uganda əsilli Dominik Deo Androqa da türk məktəblərinin dünyaya sülh ruhlu gənclər yetişdirdiiyni və bu məktəbləri bitirənlərin hər yerdə ədaləti, haqqı, barışı müdafiə etdiklərini xüsusi vurğulayıb.

Toplantıda çıxış edən BMT Tərksilah üzrə Tədqiqatlar İnstitunun Silahlar Bölümünün sabiq direktoru, tanınmış ekspert Suadeş M. Rana da “Könüllülər hərəkatı”nın dünyanın müxtəlif ölkələrində açdığı məktəblərin təhsil sahəsində verdiyi bilikləri və onların sülh üstündə köklənən dünya vətəndaşları yetişdirdiklərini xüsusi qeyd edib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.