Bolqar rejissor Fəthullah Gülən Xocaəfəndiyə həsr olunmuş sənədli veriliş hazırlayıb

Bolqar rejissor Fəthullah Gülən Xocaəfəndiyə həsr olunmuş sənədli veriliş hazırlayıb

Bolqarıstanın görkəmli jurnalisti Stefan Tsoney Fəthullah Gülən Xocaəfəndi haqqında hazırladığı sənədli verliş “Varna Radyo”sunda təqdim olunub. 20 dəqiqəlik verilişdə Gülənin fikirlərindən, təhsil fəlsəfəsindən və dünyanın hər yerində açılan Türk məktəblərindən bəhs olunur.

Cihan Xəbər Agentliyinə müsahibə verən Stefan Tsonev Gülən haqda hazırladığı verlişin bu silsilənin dördüncü veriliş olduğundu bildirib. 1996-cı ildə hazırladığı “Elm yolunda” adlı ilk sənədli verilişin yaddaşında silinməz izlər qoyduğunu qeyd edən jurnalist Fəthullah Güləndən müsahibə də almışdır. Tsenov deyib ki: “Daha sonra Xocaəfəndinin əsərlərini və fikirlərini araşdırdım. Dünyada məşhur olsa da, Bolqarıstan ictimaiyyəti onu az tanıyır. Buna görə də haqqında növbəti iki sənədli verilişi də hazırlamağa başladım”.

Bolqar jurnalist müsahibədə Gülən haqda belə deyib: “Onun haqda verliş hazırlamaq şərəfinə nail olduğum üçün özümü xoşbəxt hiss edirəm. Gülənin müxtəlif inanc və düşüncəyə mənsub olan insanlar arasında dialoqun təsis edilməsində müstəsna rol oynadığını deməyi özümə borc bilirəm. Məncə, onun fəaliyyətləri öz sahəsində bir inqilabdır. Şühəsiz, bu, gücünü silahdan deyil, fikirlərdən güc alan bir inqilabdır”.

Yeni hazırladığı sənədli verlişdə Gülənin şəxsiyyətindən bəhs edən Tsenov onun ölkələr və millətlər arasında sülh körpüləri quran məktəblərin banisi olduğunu vurğulayıb. Verilişdə həm də əcnəbi elm adamlarının Gülən barədə görüşlərinə yer verilib. Onun Papa II Can Pol və digər dini liderlərlə keçirdiyi görüşlərə və 11 Sentyabr terror aktından sonra terrorizm haqda açıqlamalarına da yer verilib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.