Bu bayramda da göz yaşı...
Fəthulah Gülən Xocaəfəndi ramazan bayramını Pensilvaniya ştatında yaşayan türklərlə birlikdə qarşılayıb.
Xocaəfəndi bayram namazını ona baş çəkən qonaqlarla birlikdə qılıb. Oxunan xütbə solandakı hər kəsi kövrəldib. Xütbənin axırında oxunan:
Gəl, vur mizrabını, qəlbimi söylət!
Vur, ruhuma nəğmələrini dinlət!
Bu könlümə gələcəyini vəd et!
Vəd et ki, qalmadı dizimdə dərman.
misraları Xocaəfənini ağladıb. Qürbətdə xiffət çəkən Xocaəfənini sevindirən isə onu təbrik etməyə gələn balacalar olub. Hədiyələr paylayan Xocaəfəndi kiçik qonaqlardan özü üçün dua etməyi rica edib. Qonaqlarla görüşdən sonra Türkiyədən gələn böyük qardaşı Seyfullah Gülənlə bayramlaşan Xocaəfəndi vətəndəki qohum-əqrabalarını telefon vasitəsi ilə təbrik edib.
Oxunan bayram xütbsində qeyd edilib ki, İslam aləminin düşdüya bu xaos şəraitində bayramın ab-havası duyulmur. Hazırkı mənzərə acınacaqlı olsa da, hələ ümid var. İman, Allaha yönəlmə və səbəblərə riayət sayəsində hər bir problemi həll etmək mümkündür. Hər nə qədər müsəlamanlar bu gün acınacaqlı vəziyyətdə olsa da, mübarizəni davam etdirmək lazımdır. Xütbənin sonunda Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) xitab edildi: “Gəl, yezidlərin, şimirlərin qılıncını qır; Hüseynin ah-naləsini sona yetir! Gəl, əllərinlə qurduğun könül kabəsini təmir et. Və onu elmin, irfanın, təfəkkürrün qibləsi et!”
- tarixində yaradılmışdır.