Bu gün Lahorda "M. Fəthullah Gülənin düşüncəsində ideal insan və ideal cəmiyyət" adlı konfrans başlayır
Bu gün Pəncab Universitetində keçirilən mətbuat konfransında mediyaya yaxın tarixlərdə keçiriləcək tədbir haqqında geniş məlumat verildi. Tədbirin keçirilməsi nəzərdə tutulan Pəncab Universitetinin adından rektor müavini professor Liaqət Əli və Beynəlxalq Əlaqələr fakültəsinin direktoru Mariya Maldonadonun iştirakı ilə keçirilən toplantıya Rumi Forumun sədri Harun Kökən və “The Fountain” jurnalının baş redaktoru Hakan Yeşilova da qatıldı. 17 may tarixində təhsil və sülhə verdiyi töhfələrə görə Fəthullah Gülən Xocaəfəndiyə fəxri doktorluq ünvanı verdiklərini xatırladan professor Liaqət Əli bu konfransın əvvəlki tədbirin bir davamı olacağını bildirdi.
Fəthullah Gülən Xocaəfəndinin düşüncələrinin müzakirə olunacağı konfransa Avstraliya, İndoneziya, Sinqapur, Türkiyə, Şimali İrlandiya, ABŞ və s. ölkələrdən məruzəçi və qonaqlar iştirak edəcək. Konfrans 20 noyabr Pəncab Əyaləti Baş Naziri Miyan Muhamməd Şahbaz Şərifin Lahordaki “Pearl Continental Hotel”də verəcəyi yemək ziyafəti ilə başlayacaq. Məruzəçi olaraq ictimai hərəkətlər sahəsində bir çox əsərin müəllifi İstanbul Millət Vəkili Məhəmməd Çətinin də iştirak edir. Tədbirin ikinci günü - 21 noyabrda konfrans Pəncab Universitetinin Hüquq Fakültəsində davam edəcək. Konfransın kataloqu, məruzəçilərin bioqrafiyası və məqalələrlə birlikdə konfrans haqqında bütün məlumatları www.idealsocietyconference.org saytından əldə etmək olar.
- tarixində yaradılmışdır.