Bu il Əfqanıstanda Türk məktəbləri medal sayını 147-yə çıxarıb
Əfqan-Türk məktəblərinin şagirdləri bu il beynəlxalq bilik olimpiadalarında 147 medal qazanıb. Cari ildə 75 medalla ölkəyə qayıdan şagirdlər bu ilki nailiyyətləri ilə Əfqan xalqını sevindirib.
Bu münasibətlə Qabil Əfqan-Türk məktəbində təltifetmə mərasimi keçirilib. Tədbirdə qalib gələn şagirdlərə mükafatlararı Əfqanıstanın Təhsil naziri Faruq Vardaq paylayıb. Təltifetmə mərasimində ölkənin rəsmiləri ilə yanaşı, Türkiyənin Qabildəki səfiri Basat Öztürk və Əfqan-Türk Çağ təhsil müəssisələrinin sədri Numan Ərdoğan da iştirak edib.
Əfqanıstan Təhsil naziri Vardaq şagirdlərə mükafatlarını payladıqdan sonra çıxışında Türkiyənin həmişə Əfqanıstan təhsilinə dəstək verdiyini söyləyib və “Bugünkü tədbirin məqsədi Əfqan-Türk məktəblərinin yüksək təhsil səviyyəsini və bu məktəblərdə təhsil alan şagirdlərin göstərdikləri nailiyyətləri qeyd etmək üçün toplanmışıq. Bu məktəbdə çalışan müəllimləri, burada təhsil alan şagirdləri və idarə heyətini səmimi qəlbdən təbrik edirəm”, - deyib.
Tədbirdə iştirak edən Türkiyəniin Qabildəki səfiri Öztürk Əfqan-Türk məktəblərinin təhsilini çox faydalı və hər şeydən daha əhəmiyyətli olduğunu söyləyib.
- tarixində yaradılmışdır.