“Bu müəssisələr millətindir, kim idarə edir-etsin”

Bu müesseseler milletin, kim yönetirse yönetsin

Herkul.org saytının baş redaktoru Osman Şimşək tvitter vasitəsi ilə hazırlıq kurslarının bağlanmasına dair hazırlanan qanunla əlaqədar gedən müzakirələr barədə açıqlama verib.

Ötən günlərdə “Yeni akit” qəzetində dərc olunan “Çevrilişçiyə məktəb, Ərdoğana qəzəb (Darbeciye okul, Erdoğana öfke)” adlı məqalənin böyük bir haqsızlıq olduğunu bildirən Şimşək 28 Fevral postmodern hərbi çevriliş zamanı Hizmət hərəkatına könül verən insanların təzyiqlərə məruz qaldığı bir dövrdə Fəthullah Gülən Xocaəfəndinin söylədiyi sözlərin yanlış işıqlandırıldığını açıqlayıb.

Gülən Xocaəfəndinin də razılığı ilə hazırlıq kursları barədə dövlət rəsmiləri ilə keçirilən görüşlərdən bəhs edən Şimşək: “Xocaəfəndi bir vaxtlar Çevik Birə göstərdiyi nəzakəti hazırkı dövlət rəsmilərinə də qat-qat göstərmişdir. Ötən həftələrdə Cənab Prezidentə və zati-aliləri vasitəsi ilə digər rəsmilərə xəbər göndərmişdir. Şimşək Xocaəfəndinin “Bu müəssisələr millətindir; əsas odur ki, xalqa xidmət etsin, bağlanmasın, hədər olmasın. Allahın lütf etdiyi bu qurumları kim idarə edir-etsin, millətə xidmət verməyə davam etsin. Allah şahiddir ki, bizim idarəçilik dərdimiz yoxdur. Diləyimiz odur ki, bu müəssisələr qərəzə qurban verilməsin!” dediyini bildirib.

Osman Şimşək bu hadisənin şahidləri olduğunu və lazım gəlsə Xocaəfəndinin mövzu ilə əlaqədar açıqlama verməyə hazır olduğunu bildirib. Dinə bağlı olduqlarını düşündüyümüz bu dostların bizə sui-zənn etsələr də, onlara qarşı münasibətdə üsluba diqqət yetirəcəklərini bildirən Şimşək: “Kim nə edir-etsin, Xocaəfəndinin də buyurduğu kimi, biz heç vaxt eyni şəkildə qarşılıq verməyək. Haqlı tələblərimizi nəzakətlə, möminə yaraşan şəkildə dilə gətirək, təhriklərdən təsirlənib üslubumuzdan geri durmayaq”, - deyib.

Digər tərəfdən Xocaəfəndinin əvvəllər də dəfələrlə bəhs etdiyi və bir “xüsusiyyət” kimi ortaya qoyduğu “firon” nümunəsinin məqsədli şəkildə təhrif edildiyini diqqətə çatdıran Şimşək dövlət adamları haqda xoşagəlməz ifadələr işlətmədən əvvəl Xocaəfəndinin “Fırtınalı dönemlerde istikamet, sabır ve hacet namazı” adlı söhbətini dinləməyi tövsiyə edib. Şimşək: “Üstəlik təkcə mediada çıxan xəbərlərə və məsələyə səthi yanaşıb möhtərəm Xocaəfəndi haqda sui-zənnə səbəb oldular”, - deyə əlavə edib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.