Bultmann: Fəthullah Gülən fikri öndərlik edir

Bu il “Herder” nəşriyyatında çapdan çıxan və “Könüllülər Hərəkatı”ından bəhs edən "Muslime zwischen Tradition und Moderne" (Ənənə və müasirlik arasında müsəlmanlar) adlı kitaba həsr olunmuş simpozium keçirildi. Kaiserslautern Texniki Universiteti, Dialoq Akademiya Dərnəyi və Protestant Təhsil Birliyinin birgə təşkil etdiyi seminarda Erfurt Universitetinin əməkdaşı Prof. Dr. Xristof Bultmann, kitabın müəlliflərindən sosioloq Dr. Ərcan Karakoyun, Dialoq Akademiya Dərnəyinin əməkdaşı Dr. Ömər Sənətçi və Protestant Təhsil Birliyinin nümayəndəsi Eçhard Stif iştirak etdi.

Kaiserslautern Texniki Universitetində keçirilən simpoizmə Alman və Türk alim və tələbələr böyük maraq göstərdi. Seminarın açılışında çıxış edən Eçhard Stif "İslam Almaniyaya aid deyil" sözünü eşitməkdən narahat olduğunu dedi. Bu düşüncənin və bu cür ifadələrin düzgün olmadığını deyən Stif bu mərhələdə aparılan dialoq fəaliyyətlərin əhəmiyyətini vurğuladı.

Açılış çıxışından sönra kürsüyə çıxan Erfurt Universitetinin əməkdaşı Prof. Bultmann "İslamın mahiyyəti" adlı məruzəsində Fəthullah Gülənin fikirlərindən çox təsirləndiyini və Gülənin düşüncələrinin ona yeni üfüqlər açdığını dedi. Bultmann çıxışında bu məqamları qeyd etdi: "Fəthullah Gülən müasir düşüncə sistemi ilə ənənəvi və müasir İslam arasında körpü vəzifəsini yerinə yetirir. O ictimai, iqtisadi və mədəni sahələrdə bir çox insanlara fikri öndərlik edir. İnsanları xüsusilə təhsil sahəsində sərmayə qoymağa təşviq edir" – dedi.

Seminarın son çıxışında "Müslime zwischen Tradition und Moderne" adlı kitabın müəlliflərindən sosioloq dr. Ərcan Karakoyun Gülən Hərəkatının əsaslarından bəhs etdi. Karakoyun çıxışında "Fəthullah Gülən intellektual bir İslam alimidir. O dinin təməl prinsiplərinə güzəştə getmədən, yəni dində heç bir islahat aparmadan İslamı müasir dövrlə birləşdirir" – dedi.

Simpoziumun axırında Könüllülər Hərəkatı ilə bağlı suallar cavablarlandırıldı. Hər mövzuda təfərrüatlı məlumat alan alim və tələbələr seminarın çox məhsuldar keçdiyini bildirib bu cür tədbirlərin mərəhələli şəkildə keçirilməsinin çox faydalı olacağını bildirdilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.