Bura “malikanə” deyil...
Verilən məlumatlara görə, Fəthullah Gülən Xocaəfəndinin Pensilvanya ştatının Saylsburq şəhərində yerləşən və bəzi qəzet, internet saytlarının “malikanə” kimi qələmə verdiyi bina “Golden Generation Worship & Retreat Center”a aid olub ibadət, sosial fəaiyyətlər və inziva mərkəzidir. Fəthullah Gülən Xocaəfəndi bu mərkəzin yalnız bir otağını və qonaqları qarşıladığı kiçik bir salonunu istifadə edir, bunun müqabilində isə mərkəzə müəyyən məbləğ ödəyir. Mərkəzin sədri Bəkir Aksoy açıqlamasında bildirib ki, 1993-cü ildə, hazırda kompleksin yerləşdiyi bu ərazinin satın alınmasında məqsədin Nyu York, Nyu Cersi və Pensilvanya ştatında yaşayan Türk vətəndaşlarına xidmət verməkdir.
Aksoy gəlir məqsədi güdmədən xidmət verən “Altın Nəsil Vəqfi”nə aid binanın kiçik bir hissəsində müvəqqəti yaşayan Fəthullah Gülən Xocaəfəndinin müntəzəm olaraq hər ay qaldığı otağa və digər xərclərə müqabil ianə verdiyini söyləyib.
Fotoşəkillərdə əks olunan böyük binanın 2012-ci ildə ibadət və sosial fəaliyyət üçün istifadəyə verildiyini açıqlayan Aksoy bildirib ki: “Bu bina A və B bloklardan ibarətdir. A blokun iki mərtəbəsində qadın və kişi ibadət salonu, birinci mərtəbəsində isə yeməkxana yerləşir. B blokun birinci mərtəbəsində konfrans salonu, ikinci və üçüncü mərtəbəsində isə iş otaqları, kitabxana və kiçik bir salon yerləşir. Xocaəfəndi isə bu otqalardan yalnız birini istifadə edir. Ətraf evlərdə qalan qonaqlar bu mərkəz binanı söhbət-ibadət və sosial fəaliyyətlər üçün istifadə edir. Bu bina nə “malikanə, nə “villa”, nə də ki “kabus ev”dir””.
Xocaəfəndinin yaşadığı binanı Türkiyə başda olmaqla dünyanın bir çox ölkələrindən gələn jurnalist, siyasətçi, və sənət adamının ziyarət etdiyini qeyd edən Aksoy söyləyib ki, bu insanlar onun sadə həyat şəraitini görüb heyran qalırdılar.
Aksoy deyib ki: “Türkiyədə bəzi qəzet və televiziya kanalları binanı “malikanə” kimi təqdim etdilər. Halbuki bəzi media qurumlarının icraçısı (ceo) Berat Albayrak, müxtəlif qəzet sahibləri və yüksək vəzifəli şəxslər buraya gəlib onun sadə həyatını öz gözləri ilə görmüşlər”.
Fəthullah Gülən Xocaəfəndin vəkili Nurullah Albayrak bildirib ki, möhtərəm Xocaəfəndi ömründə heç vaxt daşınmaz əmlaka sahib omamış və sadə bir həyat yaşamışdır. “Müvəkkilimə əsərləri müqabilində müəllif haqqı ödənilir. Məişətini bu gəlirlə təmin edir və ömründə heç kimdən qarşılıqsız bir şey almamışdır. Yetmiş iki yaşında olan Xocaəfəndinin bütün həyatı göz qabağındadır. Yaşadığı binadan kənara, nadir hallarda səhhəti ilə əlaqədar çıxmışdır. Nahaq yerə əsassız iddialar ortaya ataraq insanlarda şübhə oyatmaq və müvəkkilimi qaralamağa çalışmaq insafa sığan davranış deyil”.
Bəkir Aksoy açıqlayıb ki: “Türkiyənin qəzet və televiziya kanallarında, habelə Amerikanın tanınmış media qurumları – “The Wall Street Journal”, “New York Times” qəzetləri, “CBS” televiziya kanalı və nəhayət “The Atlantic” jurnalında Xocaəfəndinin qaldığı otağın sadəliyi haqqında dəfələrlə yazılar yazılıb və material lentə alınıb.
Digər hizmət müəssisələri kimi, bu mərkəz də Amerikada yaşayan türklər və Türkiyədən gələn qonaqların yardımları ilə öz məqsədinə müvafiq fəaliyyət göstərməkdədir. Bura ibadət və inziva mərkəzidir. Binanın xüsusi təhlükəsizlik xidməti belə yoxdur. Sözügedən xəbərdə keçən “Xocaəfəndi malikanədə yaşayır” ifadələri həqiqətdən uzaqdır”.
- tarixində yaradılmışdır.