Bütün dünya ondan danışır

"Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq" konfransında iştirak edən Rus və Qırğız alimlərindən Xoca Əfəndinin düşüncələrinə tərif yağdı...

Qırğızıstanda keçirilən "Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq" konfransında iştirak edən Rus və Qırğız alimləri Xoca Əfəndinin düşüncələrinin sülhə verdiyi böyük töhfəsinə tərif yağdırdılar. Xoca Əfəndinin layiqincə qiymətləndirilmədiyindən gileylənən alimlər: "Gülən bütün dünya üçün böyük şansdır" deyirlər...

Qırğızıstanın paytaxtı Bişkekdə "Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq" konfransı keçirildi. Beynəlxalq Ruhaniyyət Vəqfi və Dialoq Avrasiya Platforması birgə əməkdaşlığı ilə təşkil olunan konfrans universitet və mətbuatın önəmli simalarını bir araya gətirdi...

Türk təşəbbüskarlarının Bişkekdə açdığı bir iş mərkəzində təşkil olunan konfransda Fəthullah Gülən Xoca Əfəndini tanıdan və təhsilə verdiyi önəmdən bəhs edən qısametrajlı film böyük marağa səbəb olarkən, məşhur Türk mütəfəkkiri Yusuf Xas Hacib və Fəthullah Gülənin dünyada xoşgörü və dialoqun hakim olması üçün apardığı fəaliyyətlərdən bəhs olundu.

Rusiya “Rodina” jurnalının baş redaktor müavini Tatyana Filipova:

“Fəthullah Gülən böyük bir elm adamı və mütəfəkkirdir. Gülən bütün dünya üçün böyük şansdır. Yaşayan bu görkəmli mütəfəkkirin dəyəri bilinməli və ondan yaxşı istifadə edilməlidir”.

Beynəlxalq Atatürk Alatoo Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin beşinci kurs tələbəsi Kirmanbek Mamıtov:

“Mən Fəthullah Gülən müasir dünyadakı tolerantlığa, dialoqa, xoşgörüyə; bəşəriyyətə öz həyatını həsr etmiş bir şəxs kimi tanıyıram...”

Konfransda Qırğızıstan Türkiyə Manas Universiteti Rektoru Prof. Süleyman Kayıpov Fəthullah Gülənin təşviqi ilə dünyanın bir çox ölkəsində açılan təhsil müəssisələrinin fəaliyyətlərindən övgü ilə bəhs etdi...

Qırğızıstan Türkiyə Manas Universiteti Rektoru Prof. Süleyman Kayıpov:

“Təhsil hərəkatı çox mükəmməldir, çünki çox müvəffəqiyyətlidir, buna heç kəs müvəffəqiyyətsiz deyə bilməz”.

Konfransda Bişkek Kaşğarlı Mahmud Universiteti Rektoru Prof. Asan Ormoşov da görkəmli elm və sülh adamı Xoca Əfəndinin dəyərinin hələ indi-indi bilinməyə başlandığına diqqət çəkdi...

Bişkek Kaşğarlı Mahmud Universiteti Rektoru Prof. Asan Ormoşov:

“Bundan 30 il əvvəl Türkiyədə Gülənin təhsil hərəkatına qarşı çıxan idarəçi və qeyri-hökümət təşkilatları vardı. Onun şəriət gətirəcəyindən bəhs edilirdi. Ancaq zaman Fəthullah Gülənin belə bir niyyət daşımadığını, əksinə dünyada xoşgörü və dialoqun hakim olması üçün çalışdığını göstərdi, artıq bütün dünya onun dəyərini anladı”.

Konfransda Qırğız Komuz incəsənət ustalarının verdiyi konsert də böyük maraqla qarşılandı...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.