CAR-da Barış və Dialoq Mükafatları

Cənubi Afrika Respublikasında (CAR) fəaliyyət göstərən Turkuaz Harmoni İnstitutunun III Barış və Dialoq Mükafatlarının təqdimat mərasimi keçirildi. Ölkənin ən böyük şəhəri Keyptaunda keçirilən mərasim ötən illərdə olduğu kimi, bu il də hər təbəqənin nümayəndələrini bir araya gətirdi.

Mərasimdə sülhü simvolizə edən geyimlərlə səhnəyə çıxan Keyptaun Türk “Star” Liseyinin şagirdləri oxuduqları mahnılar və müsiqi alətlərində ifaları alqışlarla qarşılandı.

Mərkəzi Yoxanesburqda yerləşən Turkuaz Harmoni İnstitutunun Keyptaun filialının Direktoru Halil Yurtsever çıxışında mükafatların fəaliyyətləri ilə xalqlararası dialoq və barışa töhfə verən şəxs və qurumlara verildiyini bildirdi.

Gülənin Fikirləri Hər Yerdə Əks Səda Doğurur

Mərasimdə “Gülən Barış Mükafatı” Cənubi Afrika Respublikası Milli Məclisin sabiq Sədri və azadlıq carçısı Dr. Frin N. Cinvala (Dr. Frene N. Ginwala) verildi. Bu mükafata layiq görüldüyünə görə qürur hissi keçirdiyini bildirən Cinvala Fəthullah Gülənin fikirlərinin dünyanın hər yerində böyük əks-səda doğurduğunu söylədi. O çıxışında Türk xalqını bu sözləri ilə alqışladı: “Cənubi Afrikada müxtəlif xalqlar yaşayır. Ancaq sayca az olmasına baxmayaraq bu qədər böyük və mühüm işlərə imza atan, yaşadığı cəmiyyətimizlə bu qədər qaynayıb-qarışan Türklərdən başqa bir millət yoxdur. Fəthullah Gülənin fikirləri dünyanın hər yerinə əks-səda doğurur”.

Türkuaz tədbirlərinin fəal iştirakçılarından Cənubi Afrika Elm və Texnologiya Naziri Mandisa Pandor da çıxışında: “Turkuaz Harmoninin fəaliyyətləri Cənubi Afrika Respublikasında barışın, inteqrasiyanın bərqərar olmasına xidmət edir. Bu mərasimdən də gördüyümüz kimi Turkuaz bizə fərqliliyimizi qəbul edərək birlikdə yaşamağı öyrədir,” – dedi.

Mərasimdə İdman Mükafatına layiq görülən Cənubi Afrika Respublikasının supermarketlər zənciri “PicknPay”in sahibi Reymond Akeman (Raymond Ackeman) isə hislərini belə dilə gətirdi “Çox qürurlandım. Ölkəmdə yaşayan Türk toplumuna bu gün ən çox ehtiyacımız olan sülh və dialoqa verdikləri töhfəyə görə böyük ehtiramımı çatdırıram”.

Tutkuaz Harmoni İnstitutunun III Barış və Dialoq Mükafatlarının Laureyatları

  • Gülən Barış Mükafatı: CAR Milli Məclisin sabiq Sədri dr. Frin N. Cinvela (Frene N. Ginwala)
  • Uzlaşdırma Mükafatı: Ədalət və Konsensus İnstitutu
  • Dinlərarası Dialoq Mükafatı: Kardinal Napier
  • Media Mükafatı: SABC kanalının səhər xəbərləri verilişinin aparıcısı Vuyo Mbuli
  • Akademiya Mükafatı: prof. Rassel Botmən (Russel Botman)
  • Sənət Mükafatı: Standart Bank
  • İdman mükafatı: Supermarketlər zənciri “PicknPay”in sahibi Reymond Akeman (Raymond Ackeman)
  • Sosial Xidmət Mükafatı: “Primedia Xəbər”in Müdiri Yusuf Abramjee
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.