Cənubi Afrikada türk məktəbinin tarixi nailiyyəti

Cənubi Afrikada türk məktəbləri tarixi bir müvəffəqiyyətə nail oldu. Türk təhsil könüllüləri tərəfindən Durban şəhərində açılan Camal Karacan Star Kollecinin şagirdləri 2009-cu il universitetə qəbul imtahanlarında Cənubi Afrika tarixində indiyə qədər görülməmiş dərəcələrə çatdı. Star Kollecindən imtahana girən 52 şagirdin hamısı bir universitetə qəbul olundu və məktəb 100 % uğur qazandı.

Cənubi Afrikada cəmi 6 min liseydən 552730 şagirdin iştirak etdiyi, 217355 şagirdin heç bir ali məktəbin qeydiyyatından keçə bilmədiyi imtahanlarda Ulduz Kollecinin 100% uğuru ölkənin mətbuatında geniş yer aldı.

Cənubi Afrikada türk məktəbinin tarixi nailiyyəti

Cənubi Afrika təhsil tarixində yenilik

Cənubi Afrikada oktyabr-noyabr aylarında universitetə qəbul imtahanlarında hər şagird 7 dərsdən ayrı-ayrı imtahan verir. Star Kollecinin şagirdi Uvir Maharaj ölkə tarixində ilk dəfə 13 dərsdən imtahan verdi. O 12 dərsdən də ən yüksək qiyməti – "A" almağa müvəffəq oldu.

Cənubi Afrika Təhsil Naziri Angie Motşeqanın 2009-cu ilin universitetə qəbul imtahan nəticələri ilə bağlı verdiyi açıqlamaya görə, ölkə tarixində ən yüksək nailiyyət "11A" dərəcəsi olmuşdur. Star Kollecinin 2009-cu ilin nəticələrinə görə "12A" dərəcəsinə nail olması yeni rekord olaraq tarixə keçdi. Nazirlik nümayəndələri Star Kollecini bu nailiyyətə görə təbrik etdi.

Bir şagirdi 11A, 2 şagirdi 10 A, 1 şagirdi 9A, iki şagirdi 8A, 4 şagirdi 7A, 4 şagirdi də 6A alan Star Kolleci həmçinin 6 min məktəb arasında həm fərdi, həm də qrup olaraq ən çox "A" alan məktəb oldu.

Cənubi Afrikanın "Ən yaxşı nəticə göstərən məktəbi"

Camal Karacan Star Kolleci həmçinin riyaziyyat, fizika, kimya və bilik texnologiyaları dərslərində 52 şagird toplam "183A" alaraq 3,52 rekord ortalama ilə həm universitetə qəbul imtahanlarında, həm də olimpiadalardakı yüksək nailiyyətinə görə ölkənin "Ən yaxşı nəticə göstərən məktəbi" seçildi.

Starın "12A" dərəcəsi alaraq rekorda imza atan şagirdi Uvir Maharaj uğuru nizam-intizamla dərsə hazırlaşmasına, məktəbin müəllimlərinin keyfiyyətinə və Starın təhsilə verdiyi əhəmiyyətə borclu olduğunu bildirdi. Türk təhsil könüllülərinin dəstəyi ilə 2002-ci ildə fəaliyyətə başlayan Star Kollecinin 2009-ci ilin rekord uğuru ölkənin mətbuatında da geniş əks səda doğurdu.

Məktəbin müdiri Orta Doğu Texniki Universiteti məzunu İlhami Demirtaş Cənubi Afrika mətbuatına verdiyi müsahibəsində belə dedi: "İllərdir taxta binalarda dərs verməyimizə baxmayaraq məktəbimiz Cənubi Afrikanın ən müvəffəqiyyətli məktəbi oldu. İnşaatı yaxında bitəcək yeni binamızda daha böyük müvəffəqiyyətlərə nail olacağıq. Futbolla girə bilmədiyimiz Cənubi Afrikaya təhsillə silinməz izlər qoyduğumuza görə sevinc duyuruq".

550 şagirddən ibarət olan Star Kolleci xüsusilə ölkənin hindli zəkalı şagirdlərinin əvəzolunmaz ünvanı olmağa başladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.