Cəzairdə Fəthullah Gülən konfransı keçirildi

Cəzairdə keçirilən Gülən konfransında möhtərəm Fəthullah Gülən Xocaəfəndinin fikirləri müzakirə edildi. Ölkənin qabaqcıl təhsil və düşüncə vəqfi Menahiçinin konfrans salonunda başlayan tədbir 32 ölkə və 521 nəşriyyatın qatıldığı 16-cı beynəlxalq Cəzair kitab sərgisində davam etdi.

Konfranslarda çıxış edən Cəzair üləması Gülənin başlatdığı təhsil və xoşgörü hərəkatının bütün dünyaya və İslam aləminə nümunə olduğunu söylədi.

Mahtab TV-nin müxbirinə müsahibə verən prof. dr. Mabruk Zaid Elhir belə dedi: "Bu gün burada, bu tədbirdə gördüm ki, Xocaəfəndinin davamçılarının çap etdiyi Hira Jurnalı ilk öncə Türkiyəni, indi də Cəzairi işıqlandırdı. Görünür ki, Xocaəfəndinin Allahla (c.c.) çox güclü münasibəti var. Buna binaən də Allah (c.c.) ona müəyyən şeyləri nəsib edir. Allah-Təala dini qorumaq üçün alimlərə müəyyən şeylər lütf edir. Buna görə də Xocaəfəndi bütün dünyaya, bütün insanlığa kömək etməyə çalışır".

Prof. dr. Məhəmməd Elhadi Elhasani isə "Fəthullah Gülən Xocaəfəndini İstanbulda çalışan bir yoldaşım vasitəsilə tanıdım. Hz. Məhəmmədin (s.ə.s.) həyatı haqqında yazdığı kitabı oxudum. Mən illərlə ali məktəblərdə Peyğəmbərimizin (s.ə.s.) həyatını anlatan insanam. Ancaq oxuduğum bu kitab qeyri-ərəb bir müəllifin əsəri idi və Hz. Məhəmmədin (s.ə.s.) həyatı ilə bağlı mənə çox fərqli nüansları öyrətdi" dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.