Amerika Texas ştatının senatı "Fəthullah Gülənin təqdir edilməsi" haqda qərar təsdiqlədi
Amerikanın Texas ştatının senatı qlobal sülh və tolerantlığa verdiyi töhfəyə görə Türk-İslam alimi Fəthullah Gülənin və təşviq etdiyi Fəaliyyətin təqdir edilməsi haqda qərar qəbul etdi. Qubernator Müavini Devid Dyuvharstanın (David Dewhurstun) rəhbərliyi ilə çərşənbə axşamı keçirilən sessiyada təklif edilən və səs çoxluğu ilə qəbul edilən 85 saylı qərarda "Texas Senatı qlobal sülh və tolerantlığa verdiyi töhfəyə və ruhlandırıcı təşviqə görə Fəthullah Güləni təqdir etməkdən məmnunluq duyur" deyilir.
Təklifi Demokrat və Respublikaçı senatorlar ‒ Eddi Lusiyo (Eddie Lucio), Jr., Troy Freyzer (Troy Fraser), Con Hafmen (Joan Huffman), Ceyn Nelson (Jane Nelson) və Letisiya Van de Pott (Leticia Van de Putte) irəli sürmüşdür. Qərar mətnində "Türk alimi, yazıçı, şair, vaiz və maarif aktivisti" kimi xarakterizə edilən Fəthullah Gülənin "humanist dəyərləri və Xidməti təşviq edən dünya miqyaslı bir sosial hərəkata ilham verməsi" qeyd edildi.
"Hizmət hərəkatı" və ya "Gülən hərəkatı" kimi tanınan, qlobal sülhün bərqərar olmasına çalışan Fəaliyyətin "çoxşaxəli bir yanaşma"ya malik olmasından bəhs edildi. Fəaliyyətin həmçinin mədəniyyətlərarası dialoqa və plüralizmə, bəşəri məsələlərə maraq kimi "şəfqətli fəaliyyətlərə" dəyər verdiyi ifadə edildi. Həmçinin qərarda "Hərəkat müxtəlif toplumlar arasında müsbət əlaqələr zəminin yaranmasında təhsilə xüsusi önəm verir" bildirildi.
Təsdiqlənən qərarda bu paraqrafa da yer verildi: "Gülən Fəaliyyəti “sülh tolerantlıq və dialoqun funksiyalarından biridir” kimi təməl fikri əsas götürür; diyərqəm xidmət həyatının əsasını təşkil edən “başqalarını yaşatmaq üçün yaşama” prinsipini təklif edir və dünyaya əmin-amanlıq gətirmək üçün gənc nəsli intellektuallığı mənəviyyatla birləşdirməyə çağırır".
Fəaliyyətin təşviq etdiyi "ümumbəşəri dəyərlər gücü"nün Hyuston Universitetində Gülən İnstitutunun qurulmasına gətirib çıxarması və sözügedən institutun "müsbət sosial dəyişmə"yə vəsilə olaraq elmi araşdırma və mühüm fəaliyyətlər həyata keçirməsi qərarda öz əksini tapır. Qərarda qeyd edilir ki, "Fəthullah Gülən və onun ilham verdiyi, sosial ədalət tərəfdarı olan Fəaliyyət qlobal toplumumuza müsbət təsirlərinə görə həqiqi mənada təqdirə layiqdir". "Buna görə də, 82-ci dövr Texas Senatı Fəthullah Güləni həyatını təhsil, xidmət, tolerantlıq və fikir azadlığı ilə daha gözəl dünya məfkurəsinə həsr etdiyinə görə təbrik edir və bütün fəaliyyətlərində müvəffəqiyyətlərinin davamı üçün ən gözəl diləklərini təqdim edir”
Hyustonda fəaliyyət göstərən Gülən İnstitutunun direktoru Ali Riza Çandır, "İnstitutumuza adını verməkdən şərəf duyduğumuz hörmətli Fəthullah Gülənin və ondan aldığı ilhamla qlobal sülhü hədəf seçən bütün könüldaşlarının ABŞ-ın ən böyük ştatlarından biri olan Texas Senatının təqdirini qazanması bizi çox sevindirdi" dedi. Çandır Texas Senatının bu qərarla Türkiyə-Amerika dostluğuna və qlobal qardaşlığa böyük töhfə verdiyini qeyd etdi.
Qanunu təqdim edən senatorların dördünün ötən payız Texasdakı Türkiyə-Amerika qurumlarından Turkuaz Şurasının (Turquise Council of Americans and Eurasians) qonağı olub Türkiyəni ziyarət etmiş, gördükləri gözəl işlərdən sonra belə bir təqdir hazırlamaq qərarına gəlmişdir.
Turkuaz Şurasının sədri Kamal Öksüz isə "Bu təklifin ən sevindirici tərəflərindən biri Türkiyə-Amerika toplumundan heç bir tələb və ya təlqin olmadan tamamilə hörmətli senatorların fikir və təşəbbüsləri ilə ortaya çıxmış olmasıdır" dedi. Öksüz, "Biz senator heyətini Türkiyəyə, digər bütün amerikalı dostlarımız kimi, milli mənəvi dəyərlərimizi tanıtmaq, millətimizin qlobal sülhə və insanlığa xidmət üçün hansı işlər gördüyünü yerində göstərmək üçün aparmışdıq. Onlar isə hələ Türkiyədə ikən belə bir qərar hazırlamağı düşünüb həyata keçirdilər. Hamısına səmimi qəlbdən təşəkkür edirik" deyə təşəkkürünü bildirdi.
Senatorlara Türkiyə gəzintisində müşayiət edən Turkuaz Şurasının sədr müavini Cemil Teber də "Ən çox təhsil fəaliyyətlərindən və həmsöhbət olduqları insanların səmimiyyətindən təsirləndilər" dedi.
Verilən məlumatlara görə, senatın qərarının ştatın və senat rəhbərliyi tərəfindən imzalanmış rəsmi nüsxələrindən biri 1999-cu ildən Pensilvaniyada yaşayan Fəthullah Gülənə çatdırılmaq üçün Gülən İnstitutuna təslim ediləcək.
- tarixində yaradılmışdır.