Kanadada "Gülənin Təhsil Vizionu" adlı seminar keçirildi

Kanadada Mədəniyyətlərarası Dialoq İnstitutu (IDI) Toronto şöbəsinin təşkil etdiyi dialoq seminarında "Sülh Nəslinin Yetişdirilməsi" mövzusu ilə Fəthullah Gülənin təhsil vizionu dəyirmi masada müzakirə edildi. Tədbirə sosiologiya və politologiya üzrə iyirmi kanadalı professorla yanaşı altmışa yaxın alim, Ryerson və Ontario universitetlərinin rektorları, Ontario Əyaləti Nəqliyyat Naziri Katlin Vayn (Kathleen Wynne), çox sayda millət vəkili, dini lider, sivil toplum təşkilatının rəhbəri, polis, hərbçi, jurnalist və tanınmış pedaqoqlar qatıldı. Seminar ötən günlərdə Torontonun məşhur hotellərindən Royal York Fairmont Hotelində keçirildi.

Ontario Əyaləti Təhsilin Keyfiyyət və Qiymətləndirmə Mərkəzinin Müdiri dr. Brayn L. Desbayns (Brian L. Desbiens) çıxışında Kanadanın təhsildə nəzərdə tutduğu hədəf, üsul və keyfiyyətlə Fəthullah Gülənin təhsillə bağlı düşüncələrinin üst-üstə düşdüyünü söylədi. Desbayns: "Gülən deyir ki, "uşaqlar qlobal perspektivlərlə və fərqlilikləri qəbul edən, doğrunu yanlışdan seçən insan mərkəzli düşüncələrlə yetişdirilsə, sülhsevər gələcəyin qurulmasına ümid etmək olar". Əgər Kanadada gələcək nəsli əmin-amanlıq içində, hüquqa, plüralizmə və insan ləyaqətinə hörmət anlayışı ilə yetişdirmək istəyiriksə, Gülənin vizionundan faydalanmalıyıq" dedi.

Desbayns qeyd etdi ki, Gülən ilk müəllimin ana, ikinci müəllimin ata olduğunu və uşaqların təhsilində ailənin böyük əhəmiyyət daşıdığını vurğulayır. Gülənin şagird üçün model olan müəllimin yüksək keyfiyyətlərə malik olmasına böyük dəyər verdiyini bildirən Desbayns belə dedi:

"Gülənin fikirlərinə qatılıram. Hər kəs müəllim ola bilər, amma pedaqoq ola bilməz. Təhsilin dəyərini anlayan, sağlam təhsil şəraiti quran müəllimə ehtiyacımız var. Məktəb şagirdin davranış və xarakterini inkişaf etdirmək üçün münbit mühit hazırlamalı; Gülənin dediyi kimi, bir mədəniyyət mərkəzinə çevrilməlidir. Fəaliyyətlər cəmiyyətlə, ətrafla koordinasiyalı şəkildə həyata keçirilməli; həftə sonu və yaz düşərgələri kimi tədbirlərlə zənginləşdirilməlidir. Uşaq modeli evindən götürə bildiyi kimi məktəbdən, ətrafdan da mənimsəyə bilər. Bir çox kültürə ev sahibliyi edən Toronto, həqiqətən bir məktəbdir".

Mədəniyyətlərarası Dialoq İnstitutunun insanın müsbət ümid enerjisini ortaya çıxararaq cəmiyyətdə dialoq körpüləri qurduğunu deyən Desbayns, "Hər gün oxuduğumuz qəzetlər, seyr etdiyimiz kanallar həmişə bardağın boş tərəfini göstərir. Bardağın dolu tərəfini göstərib bizə ümid aşılayan IDI-ə və mədəniyyətlərarası əlaqələrin sülh gətirəcəyini bizə xatırladan Gülənə təşəkkür borcumuz var" dedi.

Sabiq Təhsil Naziri Katlin Vayn isə təhsildə Kanada dəyərlərini bölüşən Türklərin toplumun mühüm bir mozaikası olduğunu söylədi. Rayerson (Ryerson) Universitetinin Rektoru prof. Şeldon Levi (Sheldon Levy) rəqəmsal medianın sürətlə inkişafına diqqət çəkərək pedaqoqları yeni Bil Qeytslər (Bill Gates) yetişdirməyə çağırdı.

Seminarda IDI-in 12 yüksək səviyyəli kanadalı mütəxəssisdən ibarət müşavirə heyəti 2010-cu il Təhsilə Töhfə Mükafatını Ontario Əyaləti Təhsil Nazirliyinə təqdim etdi.

Durham Bölgəsindən gələn xor ansamblının oxuduğu, şeir və bəstəsi Ontario Universitetinin qurucu rektoru prof. Qari Polanskiyə (Gary Polonsky) aid olan "İnşallah" mahnısı tədbirə ayrı bir rəng qatdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.