Albaniya Fəthullah Gülənin fikirlərini müzakirə etdi

Gülən Hərəkatı mövzusunda Albaniyada keçirilən konfrans böyük maraqla qarşılandı. Albaniya mətbuatında da öz əksini tapan konfrans Albaniya Mədəniyyət Nazirliyi, Tirana Universiteti, Fateh Universiteti və Prizma Dialoq Dərnəyinin təşkilatçılığı ilə 25 - 26 mart tarixlərində Paytaxt Tiranada keçirildi.

18 ölkədən 36 alimin məruzəsi ilə iştirak etdiyi tədbirin açılışını Albaniya Mədəniyyət Naziri dr. Ferdinand Şeyfraj (Ferdinand Xhaferaj) etdi. Çıxışında müxtəlif mədəniyyətlərə mənsub insanları birgə yaşadığı Albaniyanın Avropaya və bütün dünyaya nümunə olduğunu bildirən Şeyfraj mədəniyyətlərarası dialoqun əhəmiyyətinə görə belə bir tədbirə ev sahibliyi etməkdən şad olduğunu dilə gətirdi.

Çıxışında Fəthullah Gülənə "Xocamız" deyə xitab edən Kosova Müftisi Naim Ternava, F. Gülənin fikirlərinin dinlərarası ahəngin bərqərar olmasında mühüm rol oynadığını qeyd etdi. Həmçinin yeni bir ünsiyyət üfüqü açaraq bütün dünyada sülhün bərqərar olmasına böyük töhfə verəcəyini dilə gətirdi.

400-ə yaxın iştirakçının qatıldığı konfrans açılış çıxışından sonra başladı. Konfransda Fəthullah Gülən Xocaəfəndinin təşviqi ilə açılan təhsil və mədəniyyət müəssisələrinin beynəlxalq fəaliyyətlərindən bəhs edildi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.