Gülənə qarşı yönəldilən tənqidlər ideoloji xarakterlidir

Hyuston (Houston) Universiteti Sosiologiya üzrə mütəxəssis prof. dr. Helen Rouz İbah (Helen Rose Ebaugh) Türkiyədə Fəthullah Gülənə qarşı yönəldilən əksər tənqidlərin ideoloji xarakterli olduğunu bildirdi.

Antaliya Mədəniyyətlərarası Dialoq Mərkəzinin (AKDIM) (Antalya Kültürlerarası Diyalog Merkezi) təşkil etdiyi “İnkişaf edən Türkiyədə Sivil Toplum Hərəkatları: “Xidmət Hərakatı”” adlı konfransa qatılan Hyuston Universiteti Sosiologiya üzrə mütəxəssisi prof. dr. Helen Rouz İbah iş adamları və müəssisə idarəçilərinə Gülən Hərəkatından bəhs etdi. Prof. dr. İbah: "Türkiyədə irəli sürülən tənqidlərin çoxu ideoloji xarakterlidir. Demokratiya inkişaf etdikcə çox tənqidlər olacaq", – dedi.

Türkiyədə Gülən Hərəkatına qarşı məqsədin şəffaf olmaması, hərbiyə, dövlətə və polis qurumlarına nüfuz etməsi yönündə tənqidlərin olduğunu dilə gətirən prof. dr. İbah: "İslam dövləti, şəriət dövləti qurar deyə qorxu var. Araşdırmalarımda bu niyyətlərlə hərəkat arasında heç bir əlaqə təsbit edə bilmədim. Bu hərəkatı tənqid edənlərdən bu niyyətlərlə hərəkat arasında əlaqə olub-olmadığını soruşdum. “Yoxdur”,− dedilər. Dolayısilə, bu tənqidlər həqiqətə, dəlilə əsaslanmır", – dedi.

Tənqidlərin tamamilə ideoloji qorxulardan irəli gəldiyini vurğulayan prof. dr. İbah belə davam etdi: "Bu Hərəkatın yalnız hərəkatla bağlı olan könüllülərə, tələbələrə dəstək olması yönündə tənqidlər də var. Bu, doğru deyil. Məktəblərdə şagirdlərin ən az 20 faizi təqaüd alır. Hərəkatın digər ölkələrdəki məktəb və müəssisələrini ziyarət edərkən bunu gördüm. Bu məktəblərdə oxuyan tələbələrin çox az hissəsinin hərəkatla əlaqəsi vardır".

"Hərəkat çox şəffafdır"

Amerikalı alim çıxışında Gülən Hərəkatının şəffaflığı haqqında təsbitlərini də bölüşdü. "Mən bu hərəkatın bu qədər açıq olduğunu görüncə heyrətə gəldim",− deyən prof. dr. İbah hərəkatda hər şeyin şəffaf olduğunu vurğuladı. Bu şəffaflığa Gülənə dəstək verən müəssisələrdə də şahid olduğunu belə dilə gətirdi: "Bu müəssisələrə dövlət nəzarət edir. Maliyyə işlərinə baxa bilərsiniz. Dolayısilə, bu hərəkatda şəffaflığın çox yüksək olduğunu gördüm və çox məmnun oldum".

"Gülən Hərəkatının Qlobal Xarakter Alma Potensialı Var"

Gülən Hərəkatının qazandığı uğurlara şübhə etmədiyini deyən prof. dr. Helen Rouz İbah hərəkatın əldə etdiyi müvəffəqiyyətin səbəbini belə izah etdi: "Məncə, bu hərəkatın uğurunun səbəbi onun bənzərsiz olmasıdır. Demokratiyanı, müasirliyi, təhsili, sosial aktivliyi, səfərbərliyi və dialoqu təşviq etməsi ona uğur gətirir. “Bir də müsəlmanlar İslamın prinsiplərini çox yaxşı yerinə yetirə bilir” düşüncəsi var. Ona görə də uğur qazanır".

Gülən Hərəkatının xarici ölkələrdəki fəaliyyərlərini də yaxından izlədiyini, hərəkatın ölkə xaricinə çıxmağa başladığı 1990-cı illərdən bəri araşdırmağa çalışdığını deyən Helen Rouz hərəkatın 120 ölkədə fəaliyyət göstərən məktəblərlə və 180 ölkədə dialoq mərkəzləri ilə qlobal miqyaslı bir hərəkata çevrilməyə başladığına diqqət çəkdi. Hərəkatın öz gücünü könüllülərin müsbət işlərindən aldığını dilə gətirən prof. dr. İbah: "Avstraliyaya, Brüsselə, Parisə, London və Amsterdama səfər etdim. Bu yaz İspaniyaya gedəcəyəm. Orada hərəkatın məktəbi yoxdur, amma dialoq mərkəzləri var. Bundan sonra Gülən Hərəkatını qlobal bir hərəkat kimi araşdırmağa başlamışam. Gülən hərəkatının qlobal xarakter alma potensialı var. Məncə, artıq qlobal xarakter almağa başlayıb. Ümumbəşəri sülhə çalışan ən mühüm hərəkatlardan biridir. Gülən olduqca güclü bir strateqdir və ümumbəşəri sülhün təmin olunmasında mühüm rol oynayır", – dedi. Gülən Hərəkatının ən böyük işlərindən birinin də Türkiyənin dünyaya tanıdılması olduğunu deyən sosioloq bu hərəkat sayəsində Avropanın Türkiyəni daha yaxından tanımağa başladığını qeyd etdi.

"Gülən Hərəkatını araşdırmaq üçün çiy küftə belə yedim"

Gülən Hərəkətı haqda araşdırma aparmaq üçün 2006-cı ildə ilk dəfə Türkiyəyə gələn prof. dr. İbah təəssüratını da dinləyicilərlə bölüşdü. Hərəkatın maliyyə işlərini araşdırmaq üçün Türkiyədə 103 nəfərlə görüşən prof. dr. İbah: " İlk gecənin mənim üçün xüsusi əhəmiyyəti var. Boğazda çox gözəl bir evdə görüşdük. Bu şəxslər 70-80 yaşlarında istanbullu, olduqca zəngin adamlar idi. Çoxu Hörmətli Gülənlə tanış idilər. Görüş əsnasında çiy küftə adlı bir xörəklə tanış oldum. İlk və son yeməyim oldu. Bu bəyəfəndilər çiy küftəni çox sevirdilər. Bir oturmada 3-4 kasa yedilər. Əlbəttə, araşdırma üçün hər şeyi gözə alaram. Çiy küftə belə yedim", – dedi.

Hərəkatın maliyyə mənbələrini araşdırmaq üçün İstanbul və Bursada iş adamları ilə yanaşı, başqa peşələrdə çalışan qruplarla, müəllimlərlə, həkimlərlə, fəhlələrlə görüşən prof. dr. İbah bu təəssüratını belə bildirdi: "Fəhlələr evə yemək pulu aparmaqda belə çətinlik çəkdikləri halda gəlirlərinin 10 faizini hərəkata verirdilər. Artıq tam qane olmuşdum. “Pulun mənbəyi haradır?” sualının cavabını tapmışdım. Pulun mənbəyi nə CIA, nə də Türk MTİ-i idi. Hərəkata könül verənlərdən gəlirdi. Təkcə pul deyil, könüllü olaraq çalışmaq da böyük bir qatqı sayılırdı".

"Araşdırma mənə bir mükafat oldu"

Gülən Hərəkatı haqda dünyada ilk elmi araşdırmaya imza atan və “Təşkilati sosiologiya və din sosiologiyası” sahəsində fəaliyyətləri ilə tanınan prof. dr. Helen Rouz İbah Gülən Hərəkatının öz dəyərləri ilə uzlaşdığını bildirərək sözlərini belə tamamladı: "Gülən Hərəkatının mənim dəyərlərimlə çox üst-üstə düşdüyünü gördüm. 10 kitab oxudum. Bir çox məqalə oxudum. Redaktəsini etdiyim kitablar oldu. 40 ildir, elmi araşdırmalarla məşğulam. Mənim üçün bu araşdırma bir mükafat oldu. Öz dəyərlərimlə üst-üstə düşən bir hərəkatı araşdırmaq mənim üçün çox böyük lütfdür. Dünyada daha da aydınlaşdırdığım bir hərəkatla tanış olmağı çox böyük lütf sayıram".

İbah konfransın sonunda oxucularına “Gülən Hareketi” kitabını imzaladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.