Malayziyada keçirilən “Gülən Fəaliyyəti” seminarlarına böyük maraq
“Gülən Fəaliyyəti” mövzusunda Malayziyada keçirilən seminarlar silsiləsi bu ölkədə böyük maraqla qarşılandı. Malayziya mətbuatında da öz əksini tapan üç seminar Kebanqsaan Malayziya Universiteti (UKM), Selanqor Sənaye Universiteti (UNISEL) və Malayziya-Türkiyə Dialoq Dərnəyində keçirildi.
Selanqor əyalətində 6 və 9 yanvar tarixlərində Malayziya-Türkiyə Dialoq Dərnəyi, UNISEL, UKM, Qərbi Asiya Araşdırmaları İnstitutu (IKRAB) və Qərbi Asiya Araşdırmaları Qrupunun (AKRAB) əməkdaşlığı ilə "Gülən Fəaliyyəti və Ölkələrarası Dialoq" mövzusunda seminarlar təşkil edildi. Seminarlarda iştirak edən İndoneziya Cakarta İslam Universiteti Fəthullah Gülən Kürsüsünün Müdiri prof. Ali Ünsal da Könüllülər Fəaliyyəti ilə bağlı geniş məlumat verdi.
Seminarlarda malayziyalı iştirakçılara Fəthullah Gülən Xocaəfəndinin təşviqi ilə açılan Türk məktəblərinin və dərnəklərinin beynəlxalq miqyaslı fəaliyyətlərindən bəhs edildi.
Seminarda çıxış edən alimlər və malayziyanın rəsmi nümayəndələri Könüllülər Fəaliyyətinə fəal şəkildə dəstək vermək istədiklərini bildirdilər. Malayziyalı alim və tələbələr seminarda sərgilənən F. Gülənin kitablarına böyük maraq göstərdi.
Malayziya-Türkiyə Dialoq Dərnəyinə baş çəkən malayziyalı alimlər təşkil olunan tədbirdən məmnun olduqlarını dilə gətirərək dərnəyə və İndoneziyadan gələn dr. Ali Ünsala təşəkkür etdilər.
Malayziyayə gəlməkdən çox məmnun olduğunu söyləyən prof. Ünsal "İştirak etdiyim seminarlarda ölkələrarası dialoqların əhəmiyyətindən, Gülən Fəaliyyəti və Fəthullah Gülənin təşviqləri ilə açılan Türk məktəblərinin dünyadakı xidmətlərindən bəhs etdim. Mən, buradakı seminarlardan çox faydalandım. İnşallah digər seminar iştirakçıları üçün də bu belədir" dedi.
Bunu da qeyd edək ki, tədbirə Malayziya mətbuatı da geniş yer verdi. Malayziyanın nüfuzlu media qurumlarından “Utusan” qəzetinin seminarlara ayırdığı iki bütöv səhifə diqqət çəkdi.
- tarixində yaradılmışdır.