Cizgimizi hecalarkən...

Həyat suallarla başlayır, suallarla davam edir. Yaşımız, cinsimiz, təhsil səviyyəmiz, biliyimiz və peşəmiz nə olur-olsun, cavabını tapa bilmədiyimiz hər bir sual düzgün cavab tapana qədər yeniləri də əlavə olunmaqla çoxalmaqda davam edir. Ağlını və qəlbini təmin edə bilməyən yığın-yığın suallar içində ömür sürməyə çalışanlar həyatı qavraya bilməz. Düz cavabı tapa bilməmək varlığı mənasından məhrum edir, varlığın rəngini soldurur və hadisələrin mübhəmləşməsinə gətirib çıxarır .

"Məncə, qəlblə ağıllın izdivac vaxtı yetişmişdir. Bu gün dinin elmlə birlikdə götürülməsi bizə yeni üfüqlər açacaq" deyərək hər bir insanı maraqlandıran məsələləri bir bötöv kimi nəzərdən keçirən və əngin fikirləri ilə dünyanı yenidən şərh edən çağdaş mütəfəkkirlərdən Fəthullah Gülən Xocaəfəndi "Prizma" silsiləsinin səkkizinci kitabı -"Çizgimizi Hecelerken" adlı əsəri ilə oxucuların görüşnə gəlir.

İnsanlığın suallarına və problemlərinə öz dünyamızın bilik, düşüncə və ruh ənginliyində həll yolu axtarma niyyəti ilə ərsəyə gələn əsər "Dirilişimizin Yol Xəritəsi"ni ortaya qoymaq naminə iddiasız bir hecalama səylərindən ibarətdir. Bu mütəvaziliyə baxmayaraq, əsər məzmun və məzmunun təqdimatı baxımından insanımızın zehnini qurcalayan, əsli-əsası bilinmədiyinə görə şübhə və tərəddüdlərə səbəb olan bir çox problemin cavabını səhifələrində əks etdirir.

1970-ci illərdən bəri müxtəlif zaman və məkanlarda bir çox suallarla üzləşən müəllifin o sualları necə əhatəli, bütöv yanaşma tərzi ilə cavablandırmasına şahid olacaqsınız "Çizgimizi Hecelerken" kitabında. Hz. Adəm yaradılanda onu hərəkətə gətirən İlahi nəfəsin necə verilməsindən müxtəlif dillərin, rənglərin və irqlərin meydana gəlməsinə, "İslam sosializmi" məfhumundan tarix boyu çaxnaşmalara səbəb olan ictimai amillərə, məzhəblərin ortaya çıxması və çoxluğunun hikmətlərindən qəbir hesabına qədər müxtəlif mövzular Quran və Sünnə aspektindən izah edilir.

Sualların keyfiyyəti və cavablarının tərzi ilə oxucularını ovsunlayacaq, bütün dövrlərə aid mövzuları ehtiva etməsi ilə heç vaxt dəyərini itirməyəcək bu nadir əsər artıq qarşınızdadır. Sırf məlumat toplusu deyil bu kitab. Sətirlərində ruh və zəriflik var. Məsələn, Osmanlının "dövləti-əbəd müddət" düşüncəsini canlı saxlayan dinamizmlər haqqında yazıda millətimizin yenidən dirilişini gerçəkləşdirəcək ruhumuzun təməl əsasları verilimişdir. Əshabi-kiramın fikirlərini Peyğəmbərimizə (s.ə.s.) sərbəst deməsindən bəhs edən məqalədə isə "Səadət əsri"ndən mənzərələr var.

"Perspektiv", "Düşünce Boyutu" və "Din Ekseni Etrafında" adlı üç fəsildən ibarət olan, 57 müxtəlif və maraqlı mövzunu sadə və əhatəli şəkildə təqdim edən"Çizgimizi Hecelerken" əsəri keçmişi, bu günü və gələcəyi sağlam və zəngin bir düşüncə iqlimində yaşamaq, dövrün gətirdiyi suallara cavab tapmaq istəyənlər üçün əvəzsiz fürsətdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.