CSIS-də Gülən Hərəkatı ilə bağlı toplantı

Vaşinqtondakı düşüncə qurumlarından Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) təşkil etdiyi "Gülən Hərəkatı" mövzulu toplantıda çıxış edən Dinlərarası Dialoq İnstitutunun Rəhbəri və Gülən İnstitutu İdarə heyətinin üzvü Yüksəl Alp Aslandoğan cəmiyyətin hər təbəqəsində təmsil olunan bir hərəkatın ortadan qaldırılmasından danışmağın mənasızlığını bildirdi.

Aslandoğan "Gülən Hərəkatı"nı "İslami anlayış ətrafında kök salan bir sivil hərəkat" kimi xarakterizə etdi. Alp Aslandoğan bu inanca bağlı fəaliyyətin təhsil məqsədi ilə başladığını və bu gün beynəlxalq fenomenə çevrilərək təxminən bir neçə milyon üzvü olduğunu bildirdi. Aslandoğan Gülən hərəkatının müəyyən bir mərkəzi sistemdən idarə olunmadığını da xüsusi vurğuladı.

Aslandoğan Fəthullah Gülənin 11 Sentyabr terror aksiyasını şiddətlə tənqid edən bir dini lider olduğunu və əslən Səudiyyəli olan terrorist Usamə bin Ladeni "zalım (canavar)" olaraq təsvir etdiyini də nəzərə çatdırdı və Gülən hərəkatının "zorakılıqdan uzaq, dinlər arası dialoqu dəstəkləyən bir hərəkat olduğunu" dedi.

Gülən Hərəkatının siyasətlə əlaqəsi

İclası aparan CSIS Türkiyə layihə direktoru Bülent Əlirıza Aslandoğanın "hərəkat siyasi deyil" sözünə müqabil siyasi təsiri olduğunu və bu hərəkatı yox etməyə hesablanan sənədin Türkiyənin gündəminə gətirildiyini xatırlatdı. Aslandoğan isə Gülən hərəkatı mənsublarının fərdi şəkildə hər bir Türk vətəndaşı kimi siyasətlə maraqlana biləcəyini, ancaq hər hansı bir siyasi partiyaya bağlı olmadığını, bunun hərəkatın əsas prinsipi olduğunu bildirdi.

Siyasətlə əlaqənin "mövzular və dəyərlər səviyyəsində" olduğunu deyən Aslandoğan: "Bəzən müəyyən bir partiya ilə hərəkatın politikası üst-üstə düşə bilər. Ancaq bu gün bir partiyaya yaxın kimi görünən hərəkat sabah başqa bir partiya ilə də yaxın görünə bilər" dedi. Aslandoğan müəyyən demokratik qanunları mənimsəyən hər hansı bir partiya hərəkatdan dəstək görə biləcəyini vurğuladı.

Əlirızanın: "Gülən hərəkatını aradan qaldırma cəhdləri barədə nə deyə bilərsiniz?" sualına Aslandoğan: "Gülən hərəkatının yox edilməsindən danışmaq mənasızdır. Çünki hərəkata daxil olanlar cəmiyyətin hər təbəqəsinə mənsub Türk xalqıdır" deyə cavabladı.

Bir iştirakçının: "Gülən niyə ABŞ-da yaşayır" sualına Aslandoğan səhhəti və siyasi problemləri səbəb olaraq göstərdi. Gülənin Türkiyəyə qaytımasına heç bir qanuni maneə olmadığını deyən Aslandoğan qeyd etdi ki, Gülən stressdən uzaq duraraq səhhətini qorumaq istəyir və bəzi siyasi partiyaların onun qayıdışından istifadə etməsindən narahatdır, və bu səbəblərdən ABŞ-dadır.

"Gülənin vəfatından sonra hərəkata nə olacaq" sualına Aslandoğan: "Bu şəxsə bağlı bir hərəkat deyil" dedi və Mövlana Cəlaləddin Ruminin ölümündən sonra Rumi anlayışının davam etdiyini xatırlatdı.

Bir başqa iştirakçının: "Gülən hərəkatının ordu ilə əlaqələri niyə yaxşı deyil" sualına Aslandoğan: "Fikrinizlə razılaşmıram. Orduda bəzi şəxslərin Gülən hərəkatı ilə bağlı müsbət və ya mənfi fikirləri ola bilər. Təqaüdə çıxdıqdan sonra müsbət rəy bildirən insanlar var" dedi.

Aslandoğan bildirdi ki, son hadisələrdə Gülən açıqlama verərkən ordunun etibarını sarsıda biləcək fəaliyyətləri təsdiqləmədi. Həmçinin Aslandoğan Gülənin "qanunsuz iş görən varsa, ədalətə həvalə edilməlidir" sözlərini də xatırlatdı. Aslandoğan Gülənin "dövlət və ordunu dəstəkləyən açıqlamalarına görə " zaman-zaman tənqid edildiyini də qeyd etdi.

"Hərəkata mənsub olan heç kim siyasət təmayüllü deyil" deyən Aslandoğan hər siyasi partiyaya eyni məsafədə olmağa çalışıldığını dedi.

"Gülən hərəkatının əsas məqsədi nədir?" sualına Aslandoğan ABŞ-da yaşadığı zaman öyrəndiyi "müvəffəqiyyət hədəfə çatmaq deyil, gedilən yoldur" sözünü xatırlatdı. Aslandoğan: "Məqsəd fərdi fədakarlıqla, fərdi fəaliyyətlərlə Allahın rizasına nail olmaqdır. Şəffaf, demokratik və ayrı-seçkiliyin olmadığı bir cəmiyyətdir" dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.