“Daha çox Türk məktəbi istəyirik”
Cənubi Afrikanın ən məktəbi “Star” liseyinin açılış mərasiminə ölkənin dövlət nümayəndələri iştirak etdi. Mərasimdə çıxış edən Təhsil Naziri Angie Motşekya: “Bu ölkədə daha çox Türk məktəbi açılsın,” – dedi. Ötən ilin universitetə qəbul imtahanlarında yüzdə yüz uğur qazanan liseyin yeni kompleksində artıq 500 şagird təhsil alacaq.
Cənubi Afrikanın ulduzu “Star” liseyin yeni kompleksi çoxsaylı qonağın qatıldığı mərasimlə açıldı. 2002-ci ildə təhsil verməyə başlayan liseyin açılışını Təhsil Naziri Angie Motşekya etdi. Mərasimə Durban bələdiyyə başçısı, millət vəkilləri, elm adamları ilə yanaşı, Türkiyədən də bir dəstə nümayəndə iştirak etdi. Türkiyədən gələn heyətdə AK Partiya Karaman Millət Vəkili Mevlüt Akgün, Beynəlxalq Universitetlər Birliyi Başçısı və Fateh Universiteti Rektoru prof. Şərif Əli Tekalan, Media Etik Şurası Dərnəyinin Rəhbəri Xalid Əsəndir də iştirak etdi. Yeni kompleksin sponsoru iş adamı Abdullah Karacan, atası Camal Karacan, ailəsi və çoxsayda iş adamı Danimarkadan gələrək açılış mərasimində iştirak etdi.
Məktəbin adı xeyriyyəçi iş adamı Abdullah Karacanın atası Camal Karacanın adı əlavə olunaraq dəyişdirildi. Təhsil Naziri Motşekya açılış çıxışında yeni kompleksə sponsorluq edən Camal Karacana təşəkkür edərək: "Ölkəmizdə belə bir fədakar iş adamının adının dalğalanması bizim üçün böyük qürurdur. Bu dəyərli ailədən Cənubi Afrikada başqa təhsil sahələrinə də sərmayə qoymalarını gözləyirik," – dedi. Nazir, Camal Karacanın Star Liseyi ilə birlikdə ölkədə 6 məktəbə rəhbərlik edən Horizon Təhsil Vəqfinə "Cənubi Afrika təhsilində yeni bir səhifə açdığı" üçün təşəkkür etdiyini bildirdi. Danimarkada yaşayan Türk iş adamı Abdullah Karaca 500 şagirdli məktəbin maddi dəstəyini öz öhdəsinə aldı. Mərasimdə iştirak etmək üçün 70 yaşını ötmüş anası və məktəbə adı qoyulan atası ilə birlikdə gələn Karacan dünyanın harası olur-olsun bəşəriyyətin ən böyük tələbatı olan təhsilə dəstək verməkdən böyük qürur duyduğunu ifadə etdi. Əvvəllər də müxtəlif təhsil təşkilatlarına dəstək verdiyini deyən Karacan Cənubi Afrikada öz ölkəsindəki qədər rahat hiss etdiyini vurğuladı. AK Partiya Millət Vəkili Mevlüt Akgün çıxışında: "Bu məktəblər Türk millətinin bəşəriyyətə böyük xidmətinin ən böyük nümunəsidir, ölkəmizin qürurudur. Dövlət nümayəndələrimiz getdikləri hər ölkədə Türk məktəblərinə həm baş çəkir, həm də dəstək verirlər. Burada bu gün yeni bir tarix yazılır".
Mərasimdə milli xalq rəqsi “qolbastı”nı ifa edən ibtidai məktəb şagirdləri böyük maraqla qarşılandı. Ksolo adlı şagird “Akdəniz” mahnısı ilə qonaqları coşdurdu. Star Liseyinin müdiri İlhami Demirtaşın verdiyi məlumata görə ötən il məktəb Cənubi Afrikada 6000 liseyin, 55273 şagirdin iştirak etdiyi, 217355 şagirdin isə heç bir universitetə qəbul olunmadığı giriş imtahanlarında yüzdə yüz uğur qazanaraq ölkə tarixində yeniliyə qol çəkdi.(Türkmen Terzi)
- tarixində yaradılmışdır.